Öyrənilmiş çarəsizlik nədir?

Müəllif ( Humel ) - 29 Aug 2022 1523 0 şərhlər
Öyrənilmiş çarəsizlik nədir?

Öyrənilmiş çarəsizlik nədir? İnsanların qarşılaşdığı mənfi hadisələr üzərində idarə etmənin itirdiyi zaman yaranan hissizlik halıdır. Bu zaman insanlar qarşılaşdığı hadisələrin nəticəsini dəyişə bilməyəcəklərinə dair yaranan inanc halıdır. Əgər insan çoxlu uğursuzluqlar yaşayırsa, yenidən cəhd etsə də, hadisələri idarə edə bilmədiyini uğur qazana bilməyəcəyini düşünərək heç bir addım atmır. Zaman-zaman insanların uğursuzluq yaşaması normal haldır. Bəzən olur ki, məsələyə fərqli yanaşmaq lazım olur. Lakin öyrənilmiş çarəsizlik zamanı şəxs çox sabit fikirli olur. Özünə qarşı doğru dəyərləndirmə etmir,ona öyrədilən düşüncədən kənara çıxmır.

Öyrənilmiş çarəsizlikdən əziyyət çəkən şəxs məsələnin həllində aciz olmasada özünü aciz olaraq aparır və problemin həllinin olmadığını düşünür. Özünü çarəsiz hiss etməsi başqalarının onun işini həll etməsinə səbəb olur. Özünün çarəsiz olduğuna inandırması onda “qurban” obrazını yaradır. Şəxs məsuliyyətdən uzaqlaşmağa başlayır. Şəxslərin düşüncələri ümumiləşmiş fikirlərdən ibarət olur. Misal üçün “Belə gəlib , belə gedər”,” Dədə- babadan belə görmüşük”,Az aşım ağrısız başım” və s.kimi fikirlərdir.

Öyrənilmiş çarəsizliyin yaranma səbəbləri aşağıdakılardır

1. Daimi alçaldılmaya məruz qalma

 2.İnsanlara inamın itirilməsi

3.Travma, depressiya kimi psixoloji problemlərin olması.

Öyrənilmiş çarəsizlik əlamətləri aşağıdakılardır:

1.İnsan yaşamaq həvəsini itirməyə başlayır

2.Qavrayışda zəifləmə olur

3.İnsanın özünə inamı azdır

Necə edə bilərik ki,bu problemdən azad olaq? Ilk öncə özünüzə acımaq, edə biləcəklərinizi yox saymaqdan əl çəkməklə başlamaq lazımdır. Düşüncələrinizi sorğulamaq və bacara bilmərəm dediyiniz hadisələri nəyə görə bacara bilməyəcyinizi fikirləşmək lazımdır. Əgər bu düşüncələrlə bacara bilmirsinizsə mütəxəssisə müraciət etməyiniz tövsiyyə olunandır. Düşüncəniz sizin həyat istiqamətinizdir.Mənfi düşünmək problemin həllini çətinləşdirir. Özünüzü günahlandırmaq (niyə edə bilmədim ?) əvəzinə inanmağınız və problemin həllini axtarmağınız ( necə edə bilərəm?) sizə daha yaxşı gələcəkdir.

Psixoloq Aytəkin Məmmədova

Şərh yaz

Xəbərdarlıq: Şərh adı 3 və 25 simvol arasında olmalıdır!
Xəbərdarlıq: E-poçt ünvanı etibarsızdır!
Xəbərdarlıq: Şərh mətni 25 ilə 1000 simvol arasında olmalıdır!