Othello sindromu

Müəllif ( Humel ) - 13 Jun 2022 656 0 şərhlər
Othello sindromu

Othello sindromu


Adı Shakespare'in əsərindən götürülmüş olan bu sindrom yoldaşlar arasında patoloji qısqanclıq olaraq özünü göstərir. Təkrarlanan naharatedici qısqanclıq düşüncələrinin mövcudluğu,aldadılacağını fikirləşmək ,buna dair sübutlar axtarmaq, tez -tez yoldaşına suallar vermək ,müəyyən üsullarla yoldaşını yoxlamaqla özünü göstərir. Narahatedici düşüncələrin yaratdığı qəzəb bəzən idarəoluna bilməməsi nəticəsində zorakılıq baş verə bilir. Şəxsdə düşüncələr ağırlaşanda alkoqol, maddə istifadəsi çox vaxt rast gəlinəndir.


Bu narahatlıq halı kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir. Əsasən yaranma səbəbi beyin mərkəzində (frontal lob) dəyişiklik olmasından qaynaqlanır. Psixoloji yaranma səbəbləri aşağıdakı kimidir:


1.Özgüvən əksikliyi;
2.Dəyərsizlik;
3.Çarəsizlik hissi.

Othello sindromunun əsas əlamətləri aşağıdakı kimidir:


1.Həddindən artıq aldadılma qorxusu;
2.Bərabər olduğu insanı hamıdan və hər şeydən çox qısqanması;
3.Var olmayan hadisələri danışması və ona inanması;
4.Münasibətdə olduğu şəxsdən ayrılmaq qorxusu fobiya səviyyəsində olması;
5.Məhdudlaşdırıcı mühafizakar olması;
6.Şiddətə meyilli olması


Bu əlamətlər olan şəxs mütləq şəkildə psixoloqa müraciət etməlidir. Seanslar nəticəsində şəxslərdən nəticə almaq olur.

Psixoloq Aytəkin Məmmədova

Şərh yaz

Xəbərdarlıq: Şərh adı 3 və 25 simvol arasında olmalıdır!
Xəbərdarlıq: E-poçt ünvanı etibarsızdır!
Xəbərdarlıq: Şərh mətni 25 ilə 1000 simvol arasında olmalıdır!