+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Ölüm qorxusu

By Humel - 26 Feb 2024 647 0 comments
Ölüm qorxusu

Ölüm qorxusu bütün fərdlərin ölüm hadisəsinə qarşı hiss etdiyi universal qorxudur. Ölümsüzlük arzusunda olan insanlar bəzən həyatlarının haradasa ölümlə bitəcəyini düşünərək narahatlıq hissi yaşaya bilərlər. Qorxu və ya narahatlığın artdığı və nəzarət altına alına bilmədiyi hallarda insanlar güclü sıxıntı yaşayır və həyatdan həzz ala bilmirlər.


Əgər ölüm qorxunuz varsa, ölüm haqqında olan düşüncələriniz depressiya hisslərinə səbəb ola bilər. Siz təhlükəli görünən yerlərdən və ya vəziyyətlərdən qaçmağa çalışar, daima sağlamlığınızla bağlı narahat hiss edər və tez-tez müayinə olunmağa ehtiyac duya bilərsiniz.
Həmçinin ölüm qorxusu həddən artıq olan şəxslərdə qan təzyiqlərini yoxlamaq və ya tibbi məlumatları araşdırmaq üçün çox vaxt sərf etdikləri görülə bilər. Özünü göstərən digər simptomlara aşağıdakılar aiddir:

• Baş gicəllənmə
• Həddindən artıq tərləmə
• Sürətli ürək döyüntüsü
• Nəfəs darlığı
• Titrəmə
• Mədə narahatlığı və ya həzmsizlik və s.


Ölümlə bağlı düşüncələrdən qaynaqlanan sıx narahatlıq insanın gündəlik həyatına təsir edər və bu zaman şəxsdə müxtəlif düşüncələr özünü göstərməyə başlayar. Məsələn, fərd özünün və ya sevdiyi insanların öləcəyini xəyal edər, hər an ölə biləcəyini düşündüyü üçün həyatında verəcəyi qərarları və davranışlarını buna görə təyin etməyə başlayar, yaşadığı həyatdan razı qalmaz və hər şeyin qeyri-adekvat olduğunu düşünə bilər. Həmçinin həyatını layiqincə yaşaya bilməyəcəyini və ya ölümdən əvvəl xəyallarını həyata keçirə bilməyəcəyini düşünə bilər ki, bu da onu ani və riskli qərarlar verməsinə səbəb ola bilər. Ölüm haqqında düşünməyə başladığı zaman tərləmə, tənəffüs problemi, panik atak, sürətli ürək döyüntüləri kimi fiziki əlamətlər meydana çıxa bilər.

Müəyyən qorxuların olması normaldır. Bununla belə, qorxularınızın həddi aşmasına icazə vermək həyat keyfiyyətinizin azalmasına səbəb ola bilər. Bu vəziyyətin öhdəsindən gəlmək və həyat keyfiyyətinizi yaxşılaşdırmaq üçün psixoloji dəstək ala bilərsiniz.

 

Psixoloq Ülviyyə Əlili
 

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!