Mükəmməlliyətçiliyin insanın psixi sağlamlığına mənfi təsirləri olduğu məlumdur.
Tədqiqatlar göstərir ki, mükəmməlliyyətçilik aşağıdakı narahatlıqlarda rast gəlinir.
- Təşviş pozuntuları
- Depressiya
- Emosional yanma (Burnout)
- Obsesiv-kompulsiv pozuntu
- Yüksək stress səviyyəsi
- İntihar riski
- Anoreksiya və ya bulimiya kimi yemək pozuntuları
Mükəməlliyətçi insanların əsas xüsusiyyətləri bunlardır:
- Davamlı özünü tənqid. Özündə səhv və qüsur axtarmağa meyillidir. Uğurlarına önəm vermir, xırda səhvlərinə görə özünü ciddi mühakimə edir.
- Ağ-qara düşüncə. Yəni onlar üçün " dem'k olar ki, mükəmməl nəticə" uğursuzluq sayılır.
- Reallığa uyğun olmayan, əlçatmaz hədəflər qoyub onlara çatmağa çalışırlar.
- Səhv etməkdən, uğursuzluqdan qorxurlar. Mükəmməldən başqa bütün nəticələri uğursuz saydığı üçün, bir işə başlamaq çətinləşir.
- Tənqidə qarşı həssadırlar.
- Mənfi tərəflərini şişirtmək və özünə sərt tənqidi yanaşmaq özünü qiymətləndirməni aşağı salır.
Mükəmməlliyətçi xüsusiyyətlər həm də münasibətlərdə problemlər yarada bilər, çünki mükəmməlliyə can atan insanlar ətrafdakılardan da eyni mükəmməlliyi gözləyə bilərlər. Bu gözlənti vasitəsilə onlar ətrafındakı insanları da tənqid edə bilərlər.
Mükəmməllikçi keyfiyyətlərə sahib olanlar öz ağrılarını-narahatlıqlarını başqalarına açıqlamaqda çətinlik çəkirlər, çünki bu, onların mükəmməl olmadıqlarını ifşa edə bilər.
Əgər qeyd olunan xüsusiyyətlər sizə gündəlik həyatınızda çətinliklər yaradırsa psixoloqa müraciət edin.
Tags: Psixologiya merkezi psixologiya mərkəzi mükəmməlliyətçi insan mükəmməl olmaq istəyi psixoloq firuzə qənizadə psixoloji problemlər psixoloq dəstəyi
Write a comment