+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Uşaqlarda depressiya

By Humel - 2 Aug 2022 1060 0 comments
Uşaqlarda depressiya

İnanmaq istəməsək də uşaqlar da böyüklər kimi depressiyaya düşə bilir. Valideynlərin gözündə uşaqlar hər zaman oyun oynamaq istəyən, sevinən və hər kiçik bir şeydən xoşbəxt olan varlıqlardır. Çünki, bir uşaq incidikdə, daxili sıxıntılar keçirdikdə bunu dilə gətirə bilməz və “özümü pis hiss edirəm” deyə bilməz. Uşaqlarda depressiya narazılıq və ya küskün melanxolik hallar şəklində ifadə olunur. Depressiyaya uğramış uşaq gündəlik fəaliyyətlə bağlı maraq, xoşbəxtlik və məmnunluq hisslərini itirir, məsələn, oyun və ya hobbilərə ayrılan vaxt minimuma endirilir və ya tamamilə olmur. Uşaq özünü rədd edilmiş hiss edir, heç kimin onun qayğısını çəkmədiyini düşünür və ona kömək etmə təkliflərinə qarşı çıxır. Depressiyalı uşaqda, adətən, bədbəxt, acınacaqlı və ya əsəbi və narazı üz ifadələri müşahidə olunur.

Depressiyanın yayılması 13 yaşdan aşağı uşaqlarda 3%, 13-18 yaş arası qızlarda təxminən 6%, eyni yaşda olan oğlanlarda isə 5% təşkil edir. Cəmiyyətdən uzaqlaşma simptomları körpələrin təxminən 3%-də qeydə alınıb.

Uşaqlarda depressiyanın əlamətləri:

  • Tez tez ağlama, küsəyənlik
  • enerji əksikliyi, ünsiyyət əksikliyi
  • yuxu pozuntuları, yemək vərdişlərində dəyişiklik,
  • diqqət dağınıqlığı
  • Həddindən artıq hərəkətlilik ya da əksi
  •  sevdiyi fəaliyyətə marağın olmaması
  • özünə inamın olmaması
  •  günahkarlıq hissi
  • qəzəb, aqresiv davranışlar
  • Tez-tez baş ağrısı, qarın ağrısı kimi fiziki şikayətlər
  • özünü boşluqda hiss etmə
  • tez tez xəstələnmə, immunitet sistemində zəifləmə

Uşaqlarda depresiya müxtəlif səbəblərdən yaranır. Burada uşağın öz şəxsi xüsusiyyətləri, psixoloji xüsusiyyətşəri, ətraf aləm, ailəsi rol oynayır. Hansı faktorun ön planda olduğu uşaqdan uşağa dəyişir. İlk növbədə uşağın təbiəti, ailədə olan vəziyyəti buna səbəb ola bilər. İkinci olaraq tibbi xəstəliklər, hormonal səbəblər göstərilə bilər və eyni zamanda, bioloji səbəblərdən qaynaqlana bilər. Həyat yaşamıda depressiyaya səbəb ola bilər. Gərginliklər, qarşılaşılan çətinliklər, stresslə qarşılaşma, müharibə şəraiti, ağır ailə vəziyyəti səbəb ola bilər.

Depressiyaya ata-anada səbəb ola bilər. Ata və ananın ayrılması, arada yaşanan gərginliklər və bu məsələdə ən əsası uşağın ata-ana ilə münasibəti dəyərləndiriməlidir. Uşağın ata-ana ilə ünsiyyəti nə qədər sağlamdırsa, uşağın depressiyaya girməsi bir o qədər az olur. Depressiya kiçik yaşlarda daha az olur, yaş artdıqca daha çox üzə çıxmağa başlayır.

 

Psixoloq Ülkər Bağırzadə

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!