+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Özünü gerçəkləşdirən kəhanət nədir?

By Təranə Üzdənova - 24 Feb 2025 147 0 comments
Özünü gerçəkləşdirən kəhanət nədir?

Uşaqlığımız bizim üçün önəmli olan insanların əhatəsində keçir. Bu insanlar bizi dünyaya gətirən valideynlərimiz, oyun oynadığımız dostlarımız, bizə dərs keçən müəllimlərimiz və digər önəmli şəxslərdir. 

 

Özümüzü, başqalarını, ətraf-mühiti tanımaqda, öyrənməkdə böyük təsiri olan bu insanların düşüncə tərzi bizim öz düşüncə tərzimizin formalaşmasına da böyük təsir göstərir.

 

Biz onların düşüncə tərzini şüuraltı şəkildə mənimsəmiş oluruq. Daha sonra bu şüuraltı düşüncələrə əsasən öz həyat yolumuzda irəliləməyə davam edirik. 

 

Həmişə də eyni düşüncə tərzinə uyğun addım atdığımızdan, bu atılan addımlar bizi hər səfərində də eyni nəticəyə gətirib çıxarır.

 

Məhz buna görə də həyat bizə istədiklərimizi deyil, şüuraltı şəkildə inandığımız düşüncələrimizə uyğun olanları qabağımıza çıxardır. 

 

Dünyanın bir güzgü olduğunu, bizdə nəyi görürsə, onu da əks etdirdiyini unutmamalıyıq.


 Psixoloq Təranə Üzdənova

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!