+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Yığıcılıq pozuntusu nədir?

By Rahidə Şahverdiyeva - 6 Apr 2023 1410 0 comments
Yığıcılıq pozuntusu nədir?

Yığıcılıq pozuntusu nədir?


Kompulsiv yığıcılıq xəstəliyi, yığıcılıq pozuntusu və ya digər adıyla dispozofobiya insanın gələcəkdə işə yarayacağını düşündüyü üçün əşyanın dəyəridən asılı olmayaraq, hətta istifadə olunmayan əşyaları belə əldən çıxarmamasıdır. Yığıcılıq pozuntusu zamanı atılmayan və yığılan əşyalarda uyğunsuzluq vardır. Yığılan əşyalar köhnə qəzet, plastik əşyalar, geyimlər, torbalar və hətta qırıq əşyalar kimi müxtəlif şeylərdən ibarətdir. Bu insanlarda sahib olduqları əşyalara qarşı həddindən çox bağlılıq olur və buna görə başqalarının bu əşyalara toxunmasına , icazəsiz götürməsinə aqressiv reaksiya göstərirlər. Bütün əşyaları lazımlı olarq qəbul edirlər. Bu əşyalara görə yaşadıqları yerlər daraldır və onların həyat fəaliyyətlərinə maneə yaradır. Bu şəxslər həmçinin əşyaları itirmə ehtimallarına qarşı da ciddi təşviş, qəzəb, narahatlıq və kədər hiss edirlər.


Yığıcılıq xəstəliyi ilə birlikdə ağır depressiya, şəxsiyyət pozuntuları, psixoz kimi psixi xəstəliklər də görülə bilir. Aparılan araşdırmalar göstərir ki, pozuntu hər iki cinsiyyətdə də eyni dərəcədə meydana çıxır. Yığıcılıq davranışı zamanı əksəriyyətdə özünütənqid çox zəif olur. Ona görə də, xəstəlikdən əziyyət çəkən şəxslər əsasən yaxınları və qohumları tərəfindən müalicə üçün həkimə aparılırlar.


Yığıcılıq pozuntusunun səbəbləri:
Yığıcılıq pozuntusunun meydana çıxmasında genetik, ətraf mühit və psixoloji amillər mühim rol oynayır. Ailəsində yığıcılıq pozuntusu olanların bu xəstəliyə yaxalanma ehtimalı daha yüksəkdir. İnsanın özünü cəmiyyətdən fiziki olaraq uzaqlaşdırmasıdan da yığıcılıq pozuntusu yarana bilər. Təkliklə başa çıxmaq üçün də əşyaları yığa bilər.


Yığıcılıq pozuntusunun əlamətləri:
• Sahib olduqları əşyaların dəyərinə baxmayaraq saxlama, bu əşyaları başqa biri atmaq istədiyi zaman qəzəblənmə və yüksək təşviş hissi keçirmə
• Yığılan əşyalara qarşı bağlılıq
• Əşyalara həddindən çox məna yükləmək
• Evin içində boş olan bütün yerləri əşya ilə doldurmaq
• Günlük işləri daimi olaraq gecikdirmək, plan qurmaqda çətinlik
• Az ya da heç olmayan sosial münasibətlər


Yığıcılıq pozuntusunun müalicəsi
Yığıcılıq pozuntusunda, xəstənin müalicə üçün motivasiyası və problemin varlığını qəbul etməsi vacib əhəmiyyət kəsb edir. Xəstəliyin müalicəsində psixoterapiyanın rolu böyükdür. Terapiya zamanı ehtiyac olarsa dərman müalicəsindən də istifadə olunur. Yığıcılıq pozuntusu olan şəxslərin sosial münasibətlərinin pozulması ilə yanaşı çox vaxt ailə üzvləri də evdə toplanmış əşyalara görə problem yaşayırlar. Buna görə də psixoterapiya da ailə üzvləri ilə də seanslar aparıla bilər.

 

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!