Ailə münasibətlərində diqqət olunmalı məqamlar
Bəzən, valideynlər arasında baş verən münaqişə zamanı uşaq bu münaqişənin tam olaraq mərkəzində qalır. Ata və ana problemli situasiya nəticəsində yaranan mənfi hisslərini, duyğularını övladları ilə bölüşdükləri zaman övlad özünü sanki, tərəf seçmək məcburiyyətində hiss edir. Bu zaman, valideynin qarşı tərəf ilə bağlı mənfi hisslərini, duyğularını bölüşmə istəməsi bir növ övladının tərəf seçməsini istəməsi ilə bağlı ola bilər. Və etmək məcburiyyətində qaldığı “seçim” yetişkin olduğu zaman münasibətlər sisteminə mütləq şəkildə mənfi təsir edir.
Bəs valideynlər necə edə bilər?
• Valideynlər ailə həyatını davam etdirməmək qərarı alıblarsa əgər, qərar aşamasında deyil, verdikləri qərardan əmin olduqları zaman bu məsələ ilə bağlı övladları ilə danışmalıdırlar. Təbii ki, övladın yaş xüsusiyyətləri nəzərə alınaraq danışıq aparılmalıdır.
• Tərəflərin diqqət etməli olduğu əsas məqamlardan biri odur ki, heç bir şəkildə bir-birlərinə olan mənfi hiss və duyğularını deyil, nə üçün birlikdə ailə həyatına davam edə bilməyəcəkləri ilə bağlı övladları ilə danışmalıdırlar.
• Valideyn olaraq kiminlə qalmaq seçimi övlada verilir. Təbii ki, bəzən övladın seçim etmə şansı olmadığı zaman, valideyn öz səbəblərini doğru bir şəkilə paylaşa bilər.
• Məsələn “ atan (anan) başqa yerdədi gələcək ”kimi yalanlar demək valideyn-övlad münasibətinə mütləq şəkildə mənfi təsir edə bilər.
Dəqiq olmayan qərarların hər daim ailədə övlad ilə paylaşılması, övladın bilinməzlik duyğusunu uzunmüddətli şəkildə yaşamasına gətirib çıxardar.
Hər bir halda, övladınız ilə onun anlayacağı və duyğularınızı ifadə edə biləcəyiniz şəkildə ünsiyyət qurmağınız hər bir tərəfə müsbət şəkildə təsir edəcək.
Tags: Psixoloq Aytac Nağılı uşaq psixoloqu uşaq psixologiyası humel psixologiya merkezi psixologiya merkezi uşaq psixologiyası oyun terapiyası uşaq psixoloqu Aytac nağılı valideyinlər üçün
Write a comment