-870x653.png)
Uşaqlıq dövründə tiklər
Tiklər müəyyən aralıqlarla baş verən bədən əzələlərinin qeyri-iradi yığılmasıdır. Ən çox göz qırpma, qaş qaldırma, çiyin və baş hərəkəti, burun qıvrılması şəklində görülür.Tiklərə daha çox oğlanlarda rast gəlinir. Tiklərin əsasən uşaqlıqda başlayır və yeniyetməlik dövründə yox olurlar. Bununla belə, yetkinliyə qədər davam edən tiklər də ola bilər. Uşaqda birdən çox tik də görünə bilər. Qorxu, narahatlıq və gərginlik tiklərə səbəb olur. Ümumiyyətlə tikləri olan uşaqlar narahat, həssas və şıltaq olurlar.
Uşaqlar hirs və aqressiyalarını kənarda ifadə edə bilmədikdə, tiklər kimi davranışlar inkişaf etdirirlər. Tiklər gərgin, təzyiqli, narahat və mübahisəli ailə mühitində böyüyən uşaqlarda müşahidə oluna bilər. Üzünə şillə vurulan uşaqlarda göz qırpma tiki yaranır. Tiklərin əmələ gəlməsinin digər amili təqliddir yəni, yamsılamadır. Uşaqlar böyüklərin davranışlarını öyrənirlər,onları təqlid edir, sonra isə bunu vərdiş halına gətirirlər. Bəzən tiklər üzvi səbəblərdən yaranır. Misal üçün; tez-tez xəstələnən uşaqlarda daim burnunu çəkmək və ya boğazını təmizləmək. Tiklərin üzvi səbəblər varsa, bu pozğunluqlar dərhal müalicə edilməlidir.
Tiklər üstünə düşüldükcə artır. Valideynlərin bu məsələdən xəbərdar olmaları lazımdır. Uşağa tez-tez xəbərdarlıq etmək, utandırmaq, hirslənmək, heç nə etməməyə məcbur etmək tikləri daha da pisləşdirə hətta artıra bilər. Ona görə də buna əhəmiyyət verilməməli və uşağın diqqəti başqa istiqamətə yönəldilməlidir.
Valideynlər anlayışlı, səbirli, övladları üçün doğru model olmalı və mütləq fiziki cəzadan ( vurmaq, döymək) uzaq durmalıdırlar.
Problemi yaradan amillər müəyyən edilməlidir və lazımi tədbirlər görülməlidir. Uşaqlar eyni zamanda başqalarının istehzalarından da qorunmalıdır. İztehza edildikcə tiklərin sıxlığı artır. Maarifləndirmə və birbaşa müdaxilə ilə istehzanın qarşısını almaq olar. Tikləri tez-tez rast gəlinən və stress keçirən uşaqlar həkimə müraciət etməlidirlər.
Psixoloq Rahidə Şahverdiyeva
Tags: Psixoloq Rahidə Şahverdiyeva psixoloq dəstəyi humel psixologiya mərkəzi psixologiya merkezi psixoloji merkez humel psixologiya merkezi uşaqlarda tiklər usaqlarda tikler usaqlarda tiklerin sebebleri tikler nedir tiklər nədir xəstəlik xəstəliyi psixoloji məqalələr psixoloji problemlər psixoloji məqalə
Write a comment