+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Uşaqlarımızı necə mükafatlandıraq?

By Aytac Nağılı - 14 Mar 2023 879 0 comments
Uşaqlarımızı necə mükafatlandıraq?

Mükafatlandırılma və cəzalandırılma necə olmalıdır?


Tərbiyə ömür boyu davam edən prosesdir. Mükafatlandırma və cəzalandırmanın tətbiq olunması tərbiyə prosesinin bir hissəsidir. Uşaq və yeniyetmənin mükafatlandırılması (rəğbətləndirilməsi) və cəzalandırılması nizam-intizamın qurulması, müsbət davranışların aşılanması və mənfi davranışların müsbət davranış formaları ilə əvəz olunması baxımından xüsusilə əhəmiyyətlidir. Mükafatlandırılmanın tətbiq olunması zaman diqqət olunmalı əsas məqamlar aşağıdakılardır:

  •  Mükafatlandırma (rəğbətləndirmə) rüşvət xarakteri daşımamalıdır.
  •  Mükafat yerinə yetirilən davranışdan sonra verilməlidir.
  •  Mükafat baş verən hadisənin nə dərəcə əhəmiyyətli olması baxımından hadisəylə uyğun olmalıdır.
  • Mükafat tez-tez verilməməli, verildiyi zaman uzun müddətli xarakter daşımamalıdır.
  • Tez-tez mükafatlandırılma uşaqda doyumsuzluq hissi yaradır.
  •  Mükafatlandırılma mənəvi dəyər daşımalıdır. Mükafat hər zaman eyni olmamalıdır.
  •  Pul və maddi dəyər daşıyan şeylər mükafatlandırıma olaraq verilməməlidir.
  •  Uşaq və yeniyetmənin şəxsi xüsusiyyətləri nəzərə alınmalıdır.

Cəzalandırılmannın tətbiq olunması zamanı diqqət olunmalı əsas məqamlar:

  •  Uşaq və yeniyetməyə qarşı güc tərbiq etmək (döymək) heç bir şəkildə tərbiyə vasitəsi deyildir
  •  Cəzalandırilma tətbiq olunduğu zaman səbəbi mütləq şəkildə yaxşı izah olunmalıdır.
  •  Tez-tez cəzalandırma və səbəbi izah olunmayan cəzalandırılma nəticəsində valideynə qarşı səbəbsiz aqressiya yarana bilər.
  •  Təhqir heç bir şəkildə tərbiyə vasitəsi deyildir.
  •  Otaqda tək qoymaq, valideyn ilə ünsiyyətdən məhrum etmək, sevgi göstərməmək cəzalandırma vasitəsi olmamalıdır.
  •  Cəzalandırılma tətbiq olunduğu zaman səbəbi mütləq şəkildə yaxşı izah olunmalıdır.
  •  Hər səhvə cəza ilə qarşılıq vermək yanlış yanaşmadır.
  •  Cəza baş verən hadisənin nə dərəcə əhəmiyyətli olması baxımından hadisə ilə uyğun olmalıdır.
  •  Cəzalandırılma zamanı uşağın yaşı nəzərə alınmalıdır.


Psixoloq Aytac Nağılı

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!