+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Uşaqlarda yemə pozuntusu

By Humel - 20 Jul 2022 3209 0 comments
Uşaqlarda yemə pozuntusu

Valideynləri adətən ən çox yoran məqamlardan biri də uşaqların yemək yemə problemidir. Bir sıra səbəblərdən uşaqlarda yemə pozuntuları yarana bilir. Uşaqlarda özünü göstərən bu yemə pozuntularının yaranmasında bir sıra faktorlar rol oynayır. Bu səbəblər psixoloji və fizioloji ola bilər. 


Uşağın əgər iştahı yoxdursa, yemək yemək istəmirsə, yemə pozuntuları özünü göstərirsə ilk öncə hərşeydən əvvəl bioloji bir faktorun olub olmaması araşdırılmalıdır. Bəzən bədəndə olan hər hansı bir xəstəlik uşağın iştahının azalmasına, yemə pozuntularına yol aça bilər. Uşaqlıqda iştahsızlıq daha çox sidik yolları infeksiyası və qulaq, burun və boğaz ağrıları ilə müşahidə edilir.

Udmaqda çətinlik yaradan xəstəliklər uşağın qidalanmaqdan imtina etməsinə səbəb olur. Sink çatışmazlığının əlamətlərindən biri olan iştahsızlıq uşaqlar arasında çox rast gəlinən bir xəstəlikdir. Bu səbəblərdən dolayı ilk öncə uşaqda bioloji bir problem olub olmadığı öyrənilməlidir. Bir çox hallarda qida keçidləri də uşaqlarda yemə problemlərinə gətirib çıxara bilir. Ana südündən və ya Sıyıq halında olan qidalardan qatı qidalara keçid zamanı uşaqlar cətinlik çəkə bilirlər.


Valideynlər çox zaman belə bir yanılqıya düşürki, uşaq böyüdükcə yediyi yeməyin porsiyası da artmalıdır. Uşaqlar çox zaman 9 ay, adətən də 1 yaş sonrası daha az yeməyə başlayırlar. Bunun səbəbi böyümənin ilk aylardaki sürətini itirmiş olmasıdır. Aparılan araşdırmalar göstərirki, yaşamın 2 ci ilində uşaqlar 9 aylıq uşaq ilə müqayisədə eynı ölçüdə hətta ondan daha az yemək yeyirlər. Çünki böyümə sürəti və istifadə edilən enerji azalmış, dolayısıyla da yeməyə olan ehtiyac da azalmış olur. Ancaq bilgi sahibi olmayan valideynlər, uşaq böyüyür, yaş artır, yemək ehtiyacı da artır, o halda porsiyalar da artmalıdır deyı düşünərək, uşaqlara daha çox yemək yedirməyə çalışırlar. Və bu halda bəzi valideynlər zorla uşaqlara yemək yedirməyə çalışırlar. Bu valideynlərin etdiyi ən böyük səhvlərdən biridir. Uşağı çox zaman yeməkdən soyudan, iştahını kəsən faktorlardan biri onlara zorla yemək yedirtməyə çalışılmasıdır. Bir çox hallarda uşaq yemək yesin deyə valideynlər telefonu açıb qabağına qoyurlar. Bu hal həm normal həzmin qarşısını alır həm də telefondan asılılıq yaradır.


Bəzən isə ailədə olan pronlemlər, valideynlər arasında yaşanan davalar, valideynlərin uşaqlara yalnış yanaşma tərzi, uşağın aldığı travmalar onda yemə pozuntularına gətirib çıxara bilir.


Bəs uşağa yeməyi sevdirmənin yolu nədir? Uşaqların normal şəkildə oturub yemək yeməsi üçün valideynlər onlara necə yanaşmalıdırlar?
Hərşeydən öncə qeyd etdiyimiz kimi zorla yemək yedirməkdən qaçınmaq lazımdır. Yemək porsiyaları uşaqların yaşına və ehtiyacına uyğun olaraq təyin olunmalıdır. Və porsiyaları təyin edərkən uşağa da seçim şansı verin, icazə verin porsiyaları, yeyəcəyi yeməyin miqdarını özü seçsin, uşağı gərəyindən artıq yedirtməyə çalışmayın.
Uşaq zamanla bir qidanı sevib , bir başqasını rədd edə bilər. Bu normal haldır. Bir müddət sonra fərqli bir şəkildə o qidanı ona yeməyi öyrədə bilərsiniz . Və yaxud da ki hansısa qidanı sevmirsə, yemək istəmirsə, onu başqa bir sevdiyi qidanın içinə qatıb verə bilərsiniz.


Uşaqda yemə alışqanlığı formalaşdırmaq istəyirsinizsə, ilk öncə yemək saatları təyin olmalıdır. Yemək hamı ilə birlikdə yemək masasında yeyilməlidir. Bu eynı zamanda uşağın doöru yemə qaydalarını öyrənməsinə də şərait yaradır. Və mütləq şəkildə yemək saatları xaricində uşaqlara verilən ara qidalara diqqət edilməlidir. Həddindən artıq ədviyyatlı, dadlandırıcı qidalardan istifadə etdikdə, uşaqlar normal yeməyi yemək istəmiyəcəklər. Çünki, bu qidalar həddən artıq dad reseptorlarını qıcıqlandırır. Və bu zaman uşaq bi qidalardan aldığı dadı , zövqü digər qidalardan ala bilmədiyi üçün normal yeməkdən imtina edir.çox zaman yeməklərin xarici görünüşünə fikir verərərk hazırlanması uşaqlarda yeməyə qarşı maraq yarada bilir. yeməkləri hazırlayan zaman uşaqların sevdiyi fiqurlarda, obrazlarda, fərqli cür hazırlanması uşaqlarda yemə həvəsi yarada bilir. Eyni zamanda yemək prosesini onun üçün daha maraqlı hala salmaq üçün yeməyin hazırlanmasında, masanı qurmasında ondan kömək etməsini istəyə bilərsiniz. Valideynlər icazə verməlidirlər ki, uşaqlar yeməklərini hansı formada istəyirlərsə(qaşıq ilə, əl ilə) o formada yesinlər.


Digər bir məsələ da budurki, yemək stolunda valideynlər bəzən mənfi münaqişələrə girə bilirlər, yersiz mübahisələri yemək stolunda edə bilirlər, yada uşağın hansısa mənfi davranışını yemək stolunda müzakirə edirlər, onu sorğu suala tuturlar. Bu kimi davranışlar uşaqda yemək masasına, yeməyə qarşı mənfi düşüncələr yaradır.
Və ən önəmlisi də valideynlər unutmasınlar ki , hər bir uşağın inkişafı fərdidir,fərdi istiqamətdə gedir, uşaqları bir birilə müqayisə etmək düzgün deyil.

Psixoloq Ülkər Bağırzadə
 

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!