Uşaqlarda barmaq əmmə
Körpələr ana bətnindən başlayaraq barmaq əmmə davranışı göstərirlər. Yeni doğulmuş körpələr adətən bir yaşına qədər baş barmağını əmirlər və bundan böyük həzz alırlar. Çünki bu dövr oral dövr, yəni şifahi həzz dövrüdür. Körpələrdə zaman keçdikcə barmaq əmməni inkişaf etdirərək ayaq barmaqlarını, oyuncaqları, tez-tez yorğanlarını və əşyalarını ağızlarına qoymağa başlayırlar. Bu davranışın səbəbi Ətraf mühiti bilmək və araşdırmaq ehtiyacı kimi qəbul edilir. Yaşla birlikdə barmaq əmmə vərdişi tədricən azalır. Bəzi uşaqlar 3-4 yaşında, bəzilərində ibtidai məktəbə başlayana qədər davam edir.
Bir çox mütəxəssis kifayət qədər diqqət və sevgi görməyən, ilkin ehtiyaclara vaxtında ehtiyac qarşılanmayan, xoşagəlməz, narahat ailə mühitində böyüyən özünə güvənməyən uşaqlara barmaq əmmə davranışının daha tez-tez görüldüyünü qeyd edir. İlk illərdə normal sayılan bu davranış yaşla davam edərsə və ya təkrarlanırsa, bu, uyğunlaşma problemi hesab olunur. Uşaqlar öz problemlərinin həllində böyüklər qədər güclü deyillər. Qorxu, aclıq zamanı, anadan ayrılma və ya yuxuya getmə zamanı baş barmaq əmmək, dodaqlarla oynamaq, dodaq dişləmə və ya qoparma davranışları göstərə bilər. Misal üçün; uşaq baxçasına başlayan on bir aylıq
körpə anadan ayrılmaq qorxusu və narahatlığı səbəbiylə barmaq əmmə davranışı göstərə bilər. İrəli yaşlarda barmaq əmmə davranışı, boşanmalar, valideynlərdən birinin ata və ya ananın ölümü, uzun müddət evdən kənarda qalma, narahatlıq, qısqanclıq və s.səbəblərdən ola bilər.
Baş barmaq əmmə davranışı göstərən uşaqların valideynləri uşağın bu davranışından narahatdırlar. Onlar həddindən artıq narahat olmamalıdırlar. "Əlini yenə ağzından çək?", "Sən artıq böyük qızsan, amma hələ də əlini ağzına tutub gəzirsən" kimi təhqiredici və xəbərdarlıqedici sözlərdən çəkinmək lazımdır. Çünki, baş barmaq əmməyə davranışına marağın artdığını görən uşaq bunu daha çox edəcək. Bəzən uşaqlar bu cür davranışlardan valideynlərini qıcıqlandırmaq üçün istifadə edə bilər.
Uşağın ehtiyacları vaxtında və adekvat şəkildə qarşılanmalı, sevgi və diqqətlə təmin edilməli, güvən hissi inkişaf etdirilməlidir.
Uşağı qrup fəaliyyətlərinə yönəldilməli və onu maraqlandıracaq fəaliyyətə cəlb edilməlidir. Uşaq heç vaxt başqa uşaqlarla müqayisə edilməməli və valideynlər səbirli olmalıdır. Ən vacib barmaq əmmə davranışına səbəb olan amilləri tapmaq, aşkar etmək və aradan qaldırmaqdır. Problemləri, gərginliyi azalan, sevildiyini hiss edən uşaqda inam artır. İnam hissi inkişaf etdikcə, barmaq əmmə davranışı yox olur.
Tags: Psixoloq Rahidə Şahverdiyeva uşaq psixologiyası uşaq psixoloqu humel psixologiya merkezi humel psixologiya mərkəzi psixoloji merkez psixoloji merkez bakı psixoloq rahide sahverdiyeva usaqlarda barmaq emme uşaqlard abarmaq əmmək usaqlarda barmaq emmek uşaqlarda barmaq əmmək
Write a comment