+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Uşaqlarda Məktəb Fobiyası

By Qərənfil Səmədzadə - 15 Mar 2025 105 0 comments
Uşaqlarda Məktəb Fobiyası


 

Məktəb fobiyası, uşaqlar və yeniyetmələr arasında təhsil mühitinə qarşı göstərilən anormal və davamlı bir qorxu halıdır. Bu fobiya, uşağın məktəbə getməkdən qaçmasına və ya məktəbə getməyə qarşı böyük bir narahatlıq hiss etməsinə səbəb olur. 

 

Məktəb fobiyası, yalnız bir davranış problemi deyil, eyni zamanda uşağın emosional və psixoloji vəziyyətinə də təsir edən ciddi bir məsələdir. Uşağın məktəbdən qorxması, təhsildən uzaqlaşmasına, sosial bacarıqlarının inkişafının geriləməsinə, hətta daha ciddi psixoloji problemlərin yaranmasına yol açabilir.

 

Məktəb Fobiyasının Səbəbləri

 

1. Ailədaxili Problemlər: Uşaqların məktəbə qarşı qorxularının ən çox rastlanan səbəblərindən biri, evdəki stressli vəziyyətlər və ailədaxili problemlərdir. Valideynlər arasında mübahisələr, boşanma, maddi çətinliklər və ya emosional dəstəyin olmaması uşağın təhlükəsizlik hissini zədələyərək, məktəbə qarşı mənfi bir yanaşma formalaşdıra bilir.

 

2. Akademik Təzyiq: Məktəb fobiyasına səbəb olan digər bir faktor, uşağın məktəbdəki akademik tələblərə cavab verə bilməməsi və ya davamlı olaraq uğursuzluq hissi yaşamasıdır. Məktəbdəki yüksək gözləntilər və qiymətlərə qarşı olan təzyiqlər, uşaqlarda narahatlıq və qorxuya səbəb ola bilər.

 

3. Sosial Qorxu və Bulinq: Sosial fobiyalar, məktəb fobiyasının bir başqa görülən səbəblərindən biridir. Uşaq, məktəbdə təzyiq və ya bulinqlə qarşılaşarsa, məktəbə getməkdən qorxa bilər. Bu hal uşağın özünə inamını zədələyərək, sosial münasibətlərdən qaçmasına səbəb ola bilər.

 

4. Təhsil Sisteminin Uyğunsuzluğu: Bəzi uşaqlar məktəbin təhsil metodlarına və ya mühitinə uyğunlaşmaqda çətinlik çəkə bilərlər. Məktəbin təşkili, dərs proqramları və ya dərsə münasibət, bəzi uşaqlar üçün çox stresli ola bilər və məktəbə qarşı mənfi bir münasibət inkişaf etdirə bilər.

 

Məktəb Fobiyasının Təsirləri:

Məktəb fobiyası uşağın yalnız təhsil həyatına deyil, ümumiyyətlə psixoloji inkişafına da mənfi təsir göstərə bilər. Bu, uşağın sosial bacarıqlarının geriləməsinə, özünə inamının zəifləməsinə, depressiya və ya digər psixoloji problemlərin yaranmasına yol açar.
 

Məktəbə getməkdən qaçan uşaqlar, akademik uğursuzluq, təcrid olunmuş hisslər və sosial əlaqələrdə çətinliklər yaşaya bilərlər.

 

Daha geniş mənada, məktəb fobiyası uşağın gələcək həyatına da təsir edə bilər. Tədqiqatlar göstərir ki, uşaqlıqda yaşanan bu cür qorxular, yetkin bir şəxs olduqda da sosial və peşə həyatı problemlərinə səbəb ola bilər. Buna görə də məktəb fobiyasının erkən mərhələdə qarşısının alınması çox önəmlidir.

 

Uşağın ehtiyaclarına uyğun dəstək verildikdə, məktəb fobiyasını aradan qaldırmaq və uşağın sağlam inkişafını təmin etmək mümkündür.

 

 Psixoloq Qərənfil Səmədzadə

 

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!