+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Tələbələrdə stress

By Humel - 16 Jan 2024 514 0 comments
Tələbələrdə stress

Tələbələrdə stress və onun idarə edilməsi


Həyatımızın vacib dönəmlərindən biri gənclik dövrüdür. Gənclik dövründə insan həm sosial, həm də fiziki baxımdan bir çox dəyişikliklərdən keçir. Bu dövrdə universitet gənclərinin psixi sağlamlığı sosial sağlamlığın vacib komponentlərindən birinə çevrilir.

Universitet tələbələri üzərində aparılan bir araşdırmada, stresin təsvir edilməsi istənildiyi zaman tələbələr bunu sıxıntı, narahatlıq, kədər, depressiya, gərginlik, heç bir şey etmək istəməmək və gündəlik həyatda insana təzyiq edən amillərin birləşməsi kimi izah etmişdilər. Tələbələrdə çevrəyə uyğunlaşma problemləri, akademik problemlər, ailə və dostluq münasibətlərindəki sosial problemlər kimi hallar stress yaradır.


Orta təhsilini başa vuraraq, müəyyən mərhələlərdən keçərək universitet həyatına başlayan şəxslər zaman-zaman uyğunlaşma problemləri yaşaya bilərlər. Adaptasiya problemi yeni mühitə və prosesə daxil olmaq, gözləniləni tapa bilməmək, emosional əlaqədə olduğunuz insanlardan (ailə, dostlar) uzaqlaşmaq, iqtisadi problemlərin ortaya çıxması, şəxsi xüsusiyyətlər, mədəni fərqlilik, əvvəlki həyat təcrübələri kimi səbəblərlə bağlı ola bilər. Akademik problemlər demək olar ki, universitet həyatı boyu müşahidə edilə bilər.


Uğursuzluqdan narahat olmaq, qrup yoldaşları və müəllimlər qarşısında məlumatsız sayılmaq qorxusu, öyrənilən məlumatın gələcəkdə faydalı olmayacağı düşüncəsi kimi vəziyyətlər də ola bilər.
Yaşanılan adaptasiya problemi, akademik və sosial problemlər aşağıdakı davranışlarda özünü göstərə bilər:

• Dərsə getmək istəməmək;
• Dərslərə ciddi yanaşmamaq;
• Universitetdə özünü rahat hiss etməmək;
• Dostluqlar qura bilməmək;
• Tənhalıq hissi;
• Professor-müəllim heyəti ilə əlaqələr qurmaqda çətinlik çəkmək;
• Mövcud münasibətlərin pisləşməsi;
• Ailədaxili və emosional münasibətlərin pozulması;
• İqtisadi və sosial həyatda qarışıqlıq;
• Etdikləri işdən həzz ala bilməmək;
• Hadisələr qarşısında qərarsızlıq, istəksizlik və laqeydlik;
• Özünü bədbəxt hiss etmək.


Universitet tələbələrində stress yaradan bu problemlər tələbənin universitet illərini pis vaxt kimi xatırlamasını tələb edən problemlər deyil. Bu problemlərə düzgün üsullarla həll yolları axtarıldığında və uyğun həll yolları tapıldıqda problemlər və onların yaratdığı stress minimuma enə və tələbə universitet həyatından əldə etdiyi keyfiyyət və səmərəliliyi artıra bilər.


Universitetin başlanğıcında olduğu kimi, sonuna yaxın dövrlərdə də tələbələr karyera planlaması üzərində işləyərkən müəyyən dərəcədə stress yaşaya bilərlər. Yaşanılan stress bəzən tələbənin şəxsiyyət quruluşundan, həyata baxışından asılı olaraq bəzi neqativ halların yaranmasına səbəb olur. Bəzən streslə düzgün mübarizə aparıldıqda, bu, tələbəyə uğur qazanmaq üçün enerji verir və müsbət vəziyyətlərə gətirib çıxarır.
Stressin idarə edilməsi yaradıcılığı artırmaq və həyat keyfiyyətini qorumaq üçün açardır. Stressin effektiv idarə edilməsi fərdin stresli vəziyyətlərin öhdəsindən gəlmək qabiliyyətini artırır və psixi sağlamlığı qoruyur.


Stress idarəetmə texnikalarına aiddir:

• Dərin nəfəs: Stressli anlarda dərin nəfəs zehni sakitləşdirir və diqqəti artırır.
• Fiziki fəaliyyətlərlə məşğul olmaq: İdman stresi azaldır və enerji səviyyələrini artırır.
• Meditasiya etmək: Meditasiya zehni sakitləşdirir və stressin öhdəsindən gəlməyi asanlaşdırır.
• Yaradıcı fəaliyyətlərlə məşğul olmaq: Rəsm, musiqi, yazı kimi yaradıcı fəaliyyətlər stresslə mübarizədə təsirli ola bilər.

 

 

Psixoloq Ülviyyə Əlili
 

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!