Tək valideynli ailələrdə rol qarışıqlığı
Tək valideynli ailələrdə uşağın ata yaxud ana demə ehtiyacından dolayı yaxınındakı bir insana ata (ana) deyə, müraciət etmə istəyi normaldır, bu ehtiyacdır.
Bəs bu zaman necə yanaşmaq lazımdır? Uşaq atası (anası) olmayan bir kəsə ehtiyac duyduğu şəkildə müraciət etməlidir?
• Təbii ki, uşağa “yox olmaz elə demək, o, sənin atan (anan) deyil” demək yanlışdır.
• Həmçinin, atası (anası) olmayan bir kəsə uşaq ata (ana) deyə müraciət etdiyi zaman, həmin şəxsi artıq uşağın atası (anası) kimi qəbullanmaq da eyni şəkildə yamlışdır.
“Yox olmaz elə demək” deyildiyi zaman, uşaq qadağadan dolayı ehtiyacını ifadə edə bilmir, basdırır. İfadə edə bilmədiyi ehtiyacı mənfi şəkildə gələcəkdəki münasibətlərində özünü göstərəcək.
Uşağın dili ilə atası (anası) olmayan şəxsə uşağın istəyinə uyğun olaraq, ata (ana) kimi baxmaq uşağın ailədə rol qarışıqlığının mərkəzində dayanmasına və gələcəkdəki münasibətlərində qarışıq roller içində sağlam olmayan münasibətləri olmasına aparacaq.
Bəzən, uşağın sadəcə olaraq, həmin kəlmələri demə ehtiyacı olur. Uşaq istədiyi kimi səslənsin bəzən. Əsas olan siz, səsləndiyi şəxsə qarşı uşaq ilə eyni şəkildə səslənməyin. Məsələn, uşaq babanı ata ilə əvəzləyərək atamın yanına gedirəm deyəndə, “ baban ordadı səni gözləyir” deyə bilərsiniz. Əsas olan rolların qarışmaması, söz ilə ehtiyac olduğu zaman ehtiyacın ödənə bilməsini uşağın bilməsidir.
Uşağın ailədə hər hansı bir digər şəxsə ata (ana) demə ehtiyacı uzun müddətli olsa, uşaq ilə bu mövzu ilə bağlı tək başına söhbət edilməlidir. Hər bir şəkildə, bitmiş münasibət heç bir tərəfi nə pisləməyərək, nə də tərifləməyərək uşağa uyğun şəkildə başa salına bilər.
Unutmayın: Bitən münasibətlərdə qarşı tərəfə hiss etdiyiniz nifrəti, qəzəbi, kini dinləmək bir uşağın qaldıra biləcəyi bir yük deyil.
Psixoloq Aytac Nağılı
Tags: Psixoloq Aytac Nağılı uşaq psixoloqu uşaq psixologiyası humel psixologiya merkezi psixologiya merkezi uşaq psixologiyası oyun terapiyası uşaq psixoloqu Aytac nağılı
Write a comment