+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Sağlam münasibət necə olmalıdır?

By Sevil Bağırova - 22 Jun 2023 972 0 comments
Sağlam münasibət necə olmalıdır?

Sağlıqlı və sağlıqsız partnyor münasibətləri

Manipulyasiya bir çox romantik münasibətlərdə az-çox görünsə də, yaxınlığın qurulduğu və şəxsin partnyoru qarşısında özü kimi davrana bildiyi əlaqələrdə minimuma endirilə bilər.

Bəs, partnyorlar tez-tez romantik münasibətlərdə bir-birlərini necə manipulyasiya edirlər?

  •  Hər zaman səni günahkar hiss etdirirsə
  •  O, verdiyi fədakarlıqlarla sizi “onun üçün bir şey etməyə borclu” hiss etdirirsə (yaxud fərqində olmadan bunu edirsinizsə)
  •  İstədiklərini etməniz üçün sizi müxtəlif vasitələr ilə cəzalandırırsa( duyğusal yaxınlıq, pul)
  • Səhv olduğu zamanlarda belə sizin səhvlərinizi ortaya atırsa
  • Günahkar olmadığınız vəziyyətlər üçün belə üzr istəyirsinizsə
  •  O, sizdən istədiyini etməyiniz üçün böyük tələblər irəli sürürsə

Münasibətlərdəki fikir ayrılıqlarını aradan qaldırmaq qədər onun ifadə və həll yolu da vacibdir. Bu səbəbdən münasibətlərdə konfliktlərin sağlam şəkildə irəliləməsi münasibətin ən təməl dinamikalarından biridir.

Cütlüklər münasibətlərində sağlam konflikti necə aparırlar?

  • Bir-birlərini günahlandırmamağa çalışırlar.
  • Ümumiləşdirmə aparmırlar və müzakirə olunan məqama diqqət yetirirlər.
  •  Partnyorlarının şəxsiyyət xüsusiyyətləri haqqında alçaldıcı fikirlər səsləndirmirlər.
  • Əvvəlki mövzuları gündəmə gətirmirlər.
  • Təkcə dinləməyə deyil, həm də çox yaxşı başa düşməyə əhəmiyyət verirlər.
  • Bir-birilərinə zaman tanıya bilirlər.
  • İşaqları olan cütlükdürlərsə, hər müzakirədə övladlarına nümunə olduqlarını bilirlər.

Özünüzü şüursuz olaraq münasibətinizdən asılı və güvənsiz hiss edirsinizsə, emosional manipulyasiyaya məruz qalma ehtimalınız vardır. Bu səbəbdən manipulyasiyaya məruz qaldığınızı anladığınız zaman daha çox zərər görməmək üçün mütəxəssis psixoloqdan dəstək ala bilərsiniz.

 

Psixoloq Sevil Bağırova

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!