+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Sağlam həyat tərzi və uşaqların inkişafı

By Humel - 26 Dec 2022 3112 0 comments
Sağlam həyat tərzi və uşaqların inkişafı

Sağlam həyat tərzi və uşaqların inkişafı


Sağlam həyat tərzi fərdin bütün imkanlardan istifadə edərək orqanizmi daha sağlam etmək, sağlamlığı dəstəkləmək, psixoloji sağlamlığı qorumaq, immunitet sistemini möhkəmləndirmək üçün atdığı addımlardır. Sağlam həyat tərzi formalaşdırmaq daha keyfiyyətli , uzunömürlü, sağlam psixologiyaya malik, həyatın bütün sahələrində (iş, ev, istirahət) tam iştirakın təmin edildiyi həyat deməkdir. Yəni sağlamlıq, sağlam həyat tərzi insanın təkcə xəstə olmaması ilə ölçülmür, həm də onun fiziki, psixoloji
və sosial rifahının öz qaydasında olması ilə müəyyən olunur. Pis ekologiya, keyfiyyətsiz qida, tütün, spirtli içki, narkotik maddələr, rutin əmək fəaliyyəti, məişətdə
bir neçə aspektdən narazı qalmaq, davamlı stressə məruz qalmaq və.s kimi bir sıra faktorların insanların həm psixoloji həm də fizioloji sağlamlığına mənfi təsir göstərir və nəticədə hər 2 sahədə müəyyən pozuntular yaranmağa başlayır. Hamıya bəllidir ki, sağlamlıq ilk növbədə insanın özündən asılıdır. Xüsusən də uşaq orqanizmi xarici mühitə qarşı olduqca həssasdır. Uşaqların inkişafında və onlar üçün sağlam həyat tərzinin formalaşdırılmasında böyüklərin rolu çox vacibdir. Çünki onların həyat tərzi,fiziki, sosial, psixoloji sağlamlığı uşaqların yaşamına, inkişafına birbaşa təsir göstərir.


Uşaqların sağlam həyat tərzinin formalaşmasında bir sıra faktorlar iştirak edirki, bunlar eyni zamanda uşağın sağlam inkişafının təməlini təşkil edir.

Sağlam qidalanma: Düzgün şəkildə qidalanma həm fiziki həm psixoloji sağlamlığın əsasını təşkil edir.Uşaqlarda normal qida rejimi formalaşdırmadıqda bu yemə pozuntularının yaranmasına gətirib çıxarır. Bu gün uşaqlıqda piylənmənin ən böyük və ən mühüm səbəblərindən biri televizor və kompüter qarşısında uzun və oturaq vaxt keçirmələri, ikincisi isə lazımsız qidaların həddindən artıq istehlakıdır. Ailələr bu iki təhlükəyə çox diqqət yetirməlidirlər.

Normal yuxu rejimi: düzgün yuxu rejimi olmadıqda uşaqlarda bir sıra yuxu pozuntuları yarana bilşr və bu uşaqların bütün fəaliyyət sahələrinə mənfi şəkildə təsir göstərir.
Körpələr (4-12 ay) 12-16 saat
Uşaqlar (1-2 yaş) 11-14 saat
Uşaqlar (3-5 yaş) 10-13 saat
Uşaqlar (6-12 yaş) 9-12 saat
Yeniyetmələr (13-18 yaş) 8-10 saat


İdmanın rolu: Uşağın erkən yaşda idmanla məşğul olmasının faydaları: Uşaqlıq və yeniyetməlik dövründə idmanla məşğul olmaq,sağlam böyümə və inkişafın təməlidir
İdman etmək təkcə fiziki inkişaf üçün yox, mənəvi, psixoloji sağlamlıq üçün zəruridir. Xüsusilə komanda idmanlarına üstünlük vermək, uşağın şəxsiyyətinin inkişafına, komanda işinə alışmaq, sosiallaşmaq,özünə inam qazanmaq, stressi azaltmaq vəməsuliyyət kimi məsələlərdə inkişafına dəstək verir.
Sümük-əzələ sistemi güclənir. Pis vərdişlərin mənimsənilməsinin qarşısı alınır.


Ailə və xarici mühitin rolu : Uşaqların şəxsiyyətinin formalaşmasında, psixi inkişafında, ətrafdakılarla rəftar və davranışında, idrak fəallığının inkişafında valideyn-övlad münasibətləri mühüm rol oynayır. Bu münasibətlər uşağın öz yerini, ailədəki rolunu müəyyənləşdirməkdə və özünü dərk etməsində, qabiliyyət və bacarıqlarını inkişaf etdirməkdə önəmlidir. Uşağın əhatəsində olduğu sosial mühitin onun inkişafında rolu danılmazdır. Müəyyən bir yaşa qədər uşaq ailənin əhatəsində olsada yaş ötdükcə fərqli sosial mühitlərə düşür bu mühit ümumilikdə davranışlarına, nitqinə, ətrafındakılara yanama tərzinə və.s təsir göstərir. Dünyada uşaq və yeniyetmələrin təxminən 20%-i psixi pozuntular və ya problemlər yaşayırlar..


Demək olar ki, psixi pozuntuların yarısı 14 yaşından əvvəl başlayır. Müəyyən edilən pozuntular fərqli cəmiyyətlərdə oxşarlıq göstərir. Ona görə də uşaqların sağlam şəkildə inkişafı və sağlam şəkildə həyat tərzinin formalaşması üçün yuxu, qida rejimi düzgün olmalı,böyük, kiçik motor inkişafı, fiziki aktivliyinə diqqət etməli, valideynlər onlara düzgün şəkildə yanaşmağı bacarmalı, sağlam həyat tərzinə malik , sağlam düşüncəli, sağlam psixologiyaya malik insanların əhatəsində böyüməsi mühimdir.

 

Psixoloq Ülkər Bağırzadə

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!