+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Rədd edilmək qorxusu

By Sevil Bağırova - 10 May 2023 684 0 comments
Rədd edilmək qorxusu

Rədd edilmək qorxusu


Yeni bir mühitə girərkən, yeni insanlarla tanış olarkən, iş müsahibələrində, partnyor münasibətində, və ya evlilikdə hər kəsin narahatlıq, qorxu və tərəddüd yaşadığı vəziyyətlər ola bilər. “Görəsən, “Mühitdə necə insanlar olacaq?”, “Bunu desəm, reaksiya görəcəyəmmi?” tipli narahatlıqlarımız ola bilər.
Bundan fərqli olaraq, rədd edilmə qorxusu; Girdiyi hər mühitdən kənarlaşdırılacağına, pis vəziyyətə salınacağına inanmaq və bu inancın səbəb olduğu qorxudur.

Rədd ediləcəyinə inanan bir insan zahirən etibarsız, bəlkə də introvert və fiziki depressiyaya düşmüş hesab edilə bilər. Bu mənfi qiymətləndirmə sonda insanı yenidən rədd edilməyə apara bilər. Davamlı nə etməsindən asılı olmayaraq, rədd edilən insanlar özünə inamsızlıq, dəyərsizlik və sosial mühitlərdən qaçınma hissi yaşayırlar. İnsanın ən vacib ehtiyaclarından biri olan sevgi və qəbulun ilk andan reallaşmayacağını görmək fərd üçün fiziki ağrıdan daha çox hiss oluna və unutması daha çətin ola bilər.


Uşaqlıq dövrünün inkar düşüncəsinin şübhəsiz bir inanca çevrilməsində çox böyük təsirləri var. Nə etməsindən asılı olmayaraq cəzalandırılan, kifayət qədər və daimi sevgi görməyən, qorxudulan, davamlı tənqid edilən, tərk edilmək/sevilməməklə hədələnən uşaqlarda özünə inamsızlıq və dəyərsizlik inancları formalaşır. Uşaq etdiyi hər davranışın səhv olduğunu və sonunda qəbul edilməyəcəyini hiss edir və bu hiss yetkinliyə qədər davam edir.


Yetkinlikdə rədd edilmə qorxusu yeni mühitlərə girərkən tərəddüd və qorxma, yemək yeyə bilməmə, danışmada çətinlik kimi vəziyyətlərdə özünü göstərir. İş müsahibələrində ola bilsin ki, özünə inamı aşağı olan, danışmaqda çətinlik çəkən, işin öhdəsindən gələ bilməyən insanlar ola bilirlər. Təkcə ilk görüşlərdə deyil, davam edən əlaqələrdə və evliliklərdə də rədd edilmək qorxusu ağır nəticələr doğura bilir.


Rədd edilməkdən qorxan və daim qaçan insanların zehinləri tez-tez qeyri-adekvatlıq, alçaldılma, dəyərsizlik çağrıştıran xatirələrlə məşğul olur. Əslində, bu xatirələr və duyğularla qarşılaşmaq rədd edilməkdən qat-qat çətin ola bilər. İllərdir rədd edilmə qorxusunu bəsləmiş, duyğularının fərqində olmayan və özlərinə dair inanclarını sorğulamayan fərdlər öz ehtiyaclarını düşünmür, bunu ört-basdır edirlər. Zamanla onlar yox deyə bilməyən, çevrəsi tərəfindən sui-istimal olunan, məyus və kədərli olan yetkin insanlar ola bilirlər.
 

Psixoloq Sevil Bağırova

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!