+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Psixi sağlamlığa müsbət təsir edən amillər və fəaliyyətlər nələrdir?

By Fidan Abasova - 26 Nov 2024 180 0 comments
Psixi sağlamlığa müsbət təsir edən amillər və fəaliyyətlər nələrdir?

 

Özümü daha yaxşı hiss etmək üçün nə edə bilərəm? Psixi sağlamlığımı yaxşılaşdırmaq və qorumaq üçün nəyə ehtiyac var? Bu kimi sualların cavabını axtarırsınızsa doğru yerdəsəniz. 

Psixi və fiziki sağlamlıq birbirilə sıx əlaqədə olduğundan ilk növbədə bədəninizin ehtiyaclarına qayğı ilə yanaşın.

 

  1. Yuxu rejiminizə fikir verin. 

Bədənin enerji mənbələrindən biri olan yuxu fiziki və psixi sağlamlıq üçün önəmlidir. Xüsusilə də axşam saat 22.00-dan gecə saat 03.00-a dək olan saat aralığında yuxuda olmaq melatonin hormonunun ifraz olunaraq yuxu keyfiyyətini artırmasına səbəb olur.

 

  1. Qidalanmanıza diqqət yetirin.

Bədənin bir digər enerji mənbəyi qidalardır. Sağlam bir şəkildə qidalanmaq, qida rasionuna zülal ehtiyacı üçün ət və balıq məhsulları, vitamin ehtiyacı üçün meyvə və tərəvəzlər daxil etmək önəmlidir.

Nə vaxt gəldi yemək, bəzən gündə bir dəfə qidalanmaq kimi hallar öz mənfi təsirini göstərdiyi üçün bunlara da diqqət etmək lazımdır. Uzun müddət ac qalmaq birbaşa psixi sağlamlıqla əlaqəli olaraq stress səviyyəsini artırır.

 

  1. İdmanla məşqul olun.

Fiziki bir məşquliyyətin olması fiziki və psixi sağlamlığınıza müsbət təsir edəcək digər bir amildir. Ən az yarım saat yerimək, sevdiyiniz bir idman növü ilə məşqul olmaq, idman zalına gedərək bədəninizi hərəkətə keçirmək daha yaxşı hissetməyinizə kömək olacaq. 

Özünüzü kəşf etmək, necə biri olduğunuzu öyrənmək, nəyi sevib sevmədiyinizi müəyyənləşdirmək və buna görə həyatınızda müəyyən dəyişikliklər etmək psixi sağlamlığınıza müsbət təsir edəcək. 

 

  1. Gündəlik tutun.

Özünüzü tanımaq, gündəlik həyatınızdakı problemləri müəyyənləşdirmək, hisslərinizin fərqinə varmaq üçün bu yaxşı bir üsuldur. Əlavə olaraq gün içərisində sizi narahat edən düşüncələrlə başa çıxa bilmək, keçmiş və gələcəklə bağlı fikirlərin içərisində itib getməmək üçün bütün bunları yazıya tökmək sizə kömək olacaq.

 

  1. Zövq aldığınız fəaliyyətləri həyatınıza daxil edin.

Edərkən zövq aldığınız, sevdiyiniz fəaliyyətləri müəyyənləşdirərək gündəlik həyatınıza bunları daxil edin. Xoşunuza gələn fəaliyyətləri həyatınızın bir hissəsi halına gətirməyiniz xoşbəxtlik və məmnunluq hissi yaradacaq. 

 

  1. Özünüzə fokuslanın.

Daim başqalarını düşünmək, öz istəklərinizi görməzdən gəlmək hətta bəzən fədakarlıq etmək sizi özünüzdən uzaqlaşdıra bilər. Bunun yerinə öz istəklərinizə qulaq asmaq, sizə nəyin yaxşı hiss etdirdiyini bilmək, özünüzü düşünmək və özünüzə dəyər vermək yaxşı hiss etdirəcək. 

Yaşadığınız problem və çətinliklərlə əlaqədar içinizə qapanıb özünüzü cəmiyyətdən təcrid etmiş, yaxınlarınızdan uzaqlaşmış ola bilərsiniz lakin bu hal psixi sağlamlığınıza mənfi təsir göstərir. 

 

  1. Sosial dəstəkdən istifadə edin. 

Sizə yaxın olan insanlarla danışın; bir dostunuz, valideyininiz, yoldaşınız və ya bir qohumunuz ola bilər. Hisslərinizi biri ilə bölüşmək sizi rahatlaşdıracaq. Qarşıdan müəyyən dəstək görmək sizi daha da yaxşı hissetdirə bilər. 

 

Bəzən tək başına problemlərlə başa çıxmaq çətin ola bilər. Yaşadıqlarınızla mübarizə aparmaq sizi yorduğu üçün taqətdən düşə bilər, sadalananları etməyə belə həvəssiz yanaşa bilərsiniz.

Həmçinin ətrafınızdakı insanlarla dərdinizi bölüşmək barədə tərəddüd edə bilərsiniz. Bu halda problemdən asılı olmayaraq hər zaman peşəkar dəstək ala bilərsiniz. Psixoloqa müraciət etmək sadəcə bir telefon uzağınızdadır. 

 

Psixoloq Fidan Abasova

 

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!