+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Plastik əməliyyatların psixoloji səbəbləri

By Humel - 12 Jan 2024 403 0 comments
Plastik əməliyyatların psixoloji səbəbləri

Müasir cəmiyyətdə insanlar arasında çoxluqda özünü təkmilləşdirməyə, inkişaf etdirməyə ciddi addımlar görə bilərik. Bu tendensiya, insanların gözəllik idealına çatma istəklərindədə getdikcə daha aydın görünür. Kosmetik və plastik cərrahiyyə, estetik müdaxilələr də bu istəklərin ayrılmaz hissəsinə çevrilir. Bu prosedurlar əlçatan və cəlbedici olur ki, bu da onların psixoloji aspektləri ilə bağlı suallar doğurur. ( Jafferany, 2020) Estetik müdaxilələrə marağın artmasının arxasında mütləqdir ki psixoloji səbəblər var.( Jafferany, 2020) Burdaki motivlər fərqli ola bilir, insanlara özünə inamını artırmaq, özünə hörmətini artırmaq və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün xarici görünüşlərini dəyişdirmək bir çarə kimi görünür. (Nerini, 2017) Real olmayan gözləntilər əməliyyatdan sonra narazılıq və psixoloji çətinliklərə səbəb ola bilər.( Jafferany, 2020)


Estetik müdaxilələrin psixoloji aspektləri insanın fiziki görünüşü və daxili emosional vəziyyəti arasındakı əlaqə haqqında anlayışımızı zənginləşdirir və çoxşaxəli tədqiqat sahəsini yaradır.( Yoon, 2020) Media, sosial şəbəkələr və cəmiyyətin təzyiqlərin təsiri altında insanlar xarici görünüşlərini istəyir(Nerini, 2017) Bu düşüncə ilə getdikcə daha çox plastik cərrahiyyə əməliyyatlarına, estetik iynələrə müraciət edirlər.( Jafferany, 2020) Bu artan maraq milli və mədəni gözəllik standartlarına və özünü dəyərləndirmə psixologiyasına təsir edir.(Yoon, 2020) Bu müdaxilələrin psixi sağlamlığa təsirini anlamaqda çətinliklər yaranır.( Chopan, 2019)
Qeyd olunduğu kimi estetik dəyişimlərə müraciət edən insanların motivləri fərqlidir və çoxluqda onları bu qərara gətirən fərqli psixoloji səbəblər görmək olar.( Nerini, 2017) Kosmetik və plastik prosedurlardan keçmək qərarı ilə əlaqəli psixoloji aspektləri, habelə psixi sağlamlıq və həyat keyfiyyətinə sonrakı təsirlərini tapmaq istəyən bir neçə araşdırmada, bəzi aspektlər aydın görünür.( Yoon, 2020) Bu araşdırmalarda insanın xarici görünüşü ilə daxili dünyası arasındakı əlaqədə nəzərdən keçirilir.( Nerini, 2017)


2019-cu ildə ABŞ-da keçirilən araşdırmada, 252 nəfər iştrak edir. Tədqiqat sosial media və şəkil redaktə etmə proqramlarından istifadənin, özünü dəyərləndirmə və plastik cərrahiyyəyə münasibət arasındaki əlaqəni araşdırır. Nəticədə məlum olur ki “Youtube”, “WhatsApp”, “VSCO” və “PhotoShop” istifadə edən insanların özgüvən göstəriciləri, bu proqramlardan istifadə etməyən insanlara nəzərən daha aşağıdır və birincilər plastik cərahi müdaxilə düşüncəsinə daha yaxındır.( Chen, 2019)
Bir digər tədqiqat 2020-ci ildə Cənubi Koreada keçirilib. Burada meta-analiz vasitəsi ilə daha öncə bu mövzunu əhatə edən 16 tədqiqatı araşdırmaqla baş verir. Ümumi respondent sayı 66%-i qadın olmaqla 6296 insan. Belə nəticəyə gəlinir ki gözəllik standartları ilə bağlı sosial təzyiqlərin və sosial medianın kosmetik cərrahiyyə tendensiyalarına təsiri çox əhəmiyyətlidir.( Yoon, 2020)


Digər tədqiqat 2017-ci ildə İtaliyada 479 qadın arasında aparılır. Burada ailənin, medianın, yaşıdların xanimların kosmetik cərrahiyəyə qarşı münasibətinə təsiri araşdırılır. Nəticədə məlum olur ki sosial və mədəni faktorlar, habelə rəfiqələrlə görünüş barədə söhbətlər, media tərəfindən təziq qadınlarda plastik cərrahiyəyə maraq yaradır. Və bu göstəricilər estetik müdaxilələrə olan tendensiyaya psixoloji yanaşmanın vacibliyini və nəticə olaraq pasientin motivlərini daha aydın anlama imkanı yaradır.( Nerini, 2017)


2020-ci ildə keçirilən bir digər tədqiqatda qeyd olunur ki 2017-ci ildə ABŞ-da kosmetik cərrahi prosedurların sayı 1 622 550-yə çatıb. Estetik cərrahiyyənin özünü dəyərləndirmənin və görünüşündən məmnunluğunu artırmaq məqsədi daşıdığını nəzərə alaraq psixoloji qiymətləndirmə vacib hala gəlir. İnsanların estetik cərrahiyyə əməliyyatı keçirmə qərarlarında cəmiyyət standartları və həmyaşıdların rəyləri kimi xarici təsirlər də mühüm rol oynayır. Nəticədə məlum olur ki kosmetik cərrahiyəyə müraciət edən insanların 47%-də bir sıra psixi pozuntulara rast gəlinir. Bunlar: Bədən dismofik pozuntu, Narsistik şəxsiyyət pozuntusu, İsterik şəxsiyyət pozuntusu. Beləliklə estetik əməliyyatlara müraciət edən xəstələrin vacib bir hissəsi müalicə olunmamış psixi pozuntulardan əziyyət çəkə bilər. (Jafferany, 2020)

 

 

Fidan Davud
 

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!