Əgər "o mənim həyatımın mərkəzidir" dediyin bir münasibət yaşayırsansa, bu yazını oxumağa davam edə bilərsən.
Partnyora bağlılıq necə görünür?
Partnyoruna hədsiz bağlı olan insan öz dəyərini, başqalarının ehtiyaclarını necə qarşıladığına və onlar tərəfindən necə dəyərləndirildiyinə görə qiymətləndirər. Buna görə də o, başqalarının ona ehtiyacı olduğunu bilməli və ya bunu hiss etməlidir. Həmçinin, münasibətdə olduğu zaman münasibətini dünyasının mərkəzinə çevirməyə meylli olar. Sanki, həyatının açarını münasibətdə olduğu partnyoruna təhvil verib çölə çıxar. Onun üçün emosional və ya fiziki cəhətdən sağlam olmayan, yaxşı hiss etmədiyi, bu münasibəti bitirmək çətin və qəbuledilməzdir. Tez-tez inkar edərək davam edən münasibətində problemlərindən qaça bilər.
Sağlam olmayan sərhədlər və başqalarının sərhədlərinə qarşı həssaslıq:
Bağlılığı olan şəxs münasibətdə partnyorun sərhədinə qarşı həssas və ya əsəbi reaksiya göstərə, həmçinin öz sərhədlərini təyin etməkdə çətinlik çəkə bilər. Qarşı tərəfin qoyduğu sərhədlər ona- tərk edilmə, rədd edilmə və bəyənilməmə qorxusuna səbəb olar. Beləliklə, başqalarının bəyənilmə və sevgisini itirməmək üçün “yox” demək istədiyi hallarda belə "hə" deyə bilər.
Partnyoru məmnun etmək ehtiyacı:
Münasibətlərdə məmnun etmək ehtiyacı çox önəmli olsa da, bu ehtiyacın vəzifə halına gəlməsi sağlıqlı hesab olunmur. Bu münasibətdə "Nə olursa olsun, digərinin ehtiyacları və məmnunluğu" ön planda olar.
Partnyorun məsuliyyətini üzərinə götürmək:
Şəxs partnyorunun yaşadıqlarından, çətinliklərindən, hətta duyğularından sorumlu olduğunu düşünərək bütün məsuliyyəti öz üzərinə götürər. Həll etmək, nəzarət, düzəltmək, yaxşılaşdırmaq kimi vəzifələri olduğunu düşünmək- bağlılığı olan şəxsin əsas xüsusiyyətlərindən biridir.
Tags: Psixoloq Sevil Bağırova Ailə psixoloqu humel psixologiya merkezi psixologiya merkezi cütlük psixoloqu cütlük terapiyası psixoloji merkez psixologiya merkezi psixologiya mərkəzi humel psixologiya mərkəzi toksik münasibət toksikmünasibətin əlamətləri partnyora bağlılıq münasibətlər sağlam münasibət
Write a comment