Pareidolia

Müəllif ( Humel ) - 4 Oct 2022 245 0 şərhlər
Pareidolia

Ətrafdakı obyektləri insan üzünə bənzətdiyiniz zamanlar olubdurmu? Əgər olubsa, bunun pareidolia adlandırıldığını bilirsinizmi? Ən sadə dil ilə desək, pareidolia bir şeyi əslində olmadığı bir şeyə bənzətməkdir. Pareidolia xətalı məna yükləmədir. Əgər buludlarda heyvan siluetləri görmüsünüzsə, bu o deməkdir ki, həyatınızda bir dəfə belə olsa pareidolia yaşamısınız, ancaq pareidolia sadəcə buludlarda görülən siluetlərlə limitli deyil, həmçinin səslərlə də bağlı ola bilir.

Geri oynadılan kaset, musiqilərdə gizli mesajlar duymaq və s. kimi pareidolialar vardır. Xarakterimiz, cinsiyyətimiz və o an içində olduğumuz ruh halı əslində var olmayan üzlər görməmizdə təsirli bir rola sahibdir. Bəzən bir obyektin üzərində insan üzünə bənzəyən bir şəkil gözünüzdə canlana bilər. Ya da bir bitkinin yarpağındakı və ya heyvanın tüklərindəki naxış zehninizdə insan siluetini canlandıra bilər.

Bu hadisə sinir elmlərində təsadüfi gələn qıcıqlandırıcılara beynin hal-hazırda bilinən bir informasiyanı çağırmasıyla verdiyi reaksiya olaraq bilinməkdədir. Bir növ afofeniya; yəni əlaqəsiz informasiyalar arasında münasibət quraraq sual işarələrini silmək üsulu olaraq görülür. Beynin qarşılaşan qıcıqları həll etməsi üçün inkişaf etdirdiyi qüsurlu üsullardan biridir. Bu, zaman-zaman xəyal gücü adlandırılsa da, psixi pozğunluğun simptomu da ola bilər. “Əgər əşyalar üzərində insan üzü görürəmsə, məndə şizofreniya var?” Şizofreniya və pareidolia iki psixi narahatlıqdır. Lakin eyni deyildir. Şizofreniya olmayan şeylərin görüldüyü, hətta olmayan şeylər varmış kimi davranaraq yaşamağa davam etmə tərzi və eyni zamanda bir sağlıq, ruh pozğunluğudur.

Pareidoliada isə realda varolan bir şey insan üzünə bənzədilir. Parediloia bir xəstəlik deyil, sadəcə olaraq narahatedici psixi fenomendir. İnsana hər hansı bir zərərinin toxunduğu rəsmi olaraq sübut edilməmişdir. Lakin, insan psixologiyasına artıq mənfi təsir edirsə, profesional dəstək alınması tövsiyyə edilir.

Şərh yaz

Xəbərdarlıq: Şərh adı 3 və 25 simvol arasında olmalıdır!
Xəbərdarlıq: E-poçt ünvanı etibarsızdır!
Xəbərdarlıq: Şərh mətni 25 ilə 1000 simvol arasında olmalıdır!