+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Özünü müqayisə

By Sevil Bağırova - 10 Jul 2023 424 0 comments
Özünü müqayisə

Özünü müqayisə


Həyatın bir çox mərhələsində davranışını qiymətləndirmək üçün özünü başqa insanlarla müqayisə etməyə və ya başqaları tərəfindən müqayisə olunmağa məcbur oluna bilərsən.
Xüsusilə uşaqlıqda ailədən öyrənilən və eşidilən düşüncə tərzi müqayisəyə səbəb olur. Məsələn, ananın öz övladını “Bax, qiymətləri yaxşıdır, gör, övladı necə yaxşı yeyir...” kimi cümlələrlə müqayisə etməsinin bir çoxlarımız şahidi olmuşuq. Uşaqlıqda öyrənilən bu düşüncə tərzi ilə insan özünü başqaları ilə müqayisə etməyi öyrənir. Bu səbəblə, davamlı özündən daha üstün gördüyü biri ilə özünü müqayisə edər və özünü yetərsiz hiss edər.


Hər bir insan zaman-zaman özünü yetərsiz hiss edə bilər. Heç kimin həyatı qüsursuz və mükəmməl deyildir. Odur ki, özünü daha yaxşı, daha uğurlu, daha zəngin və ya daha gözəl biri ilə müqayisə etmək, sənə özünü yetərsiz hiss etdirməkdən başqa heçnə verməyəcək.  Həyatında edə biləcəyin tək müqayisə keçmiş həyatınla indiki həyatın ola bilər.

 

  • Nəyə nail oldum?
  • Nəyin öhdəsindən gəldim?
  • 1 il əvvəli indi ilə müqayisə etsəm, həyatımda nə dəyişdi?
  • Məqsədlərimə nə qədər çata bildim?

Bir sözlə, özünü başqaları ilə deyil, özünlə müqayisə et.

 

Psixoloq Sevil Bağırova

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!