Ziqmund Freyd psixoseksual inkişafı 5 mərhələyə ayırır. Hər bir mərhələ erogen zonasına görə bir birindən fərqlənir.
Psixoseksual inkişafın ilkin mərhələsi ORAL mərhələdir. 1 yaş, 1 yaş yarıma qədər olan dövrü əhatə edir. Oral sözünün mənası “ağız mənşəli” deməkdir. Bu dövrün erogen zonası ağız hesab olunur. Bu mərhələnin əsas önəmi bu dövrdə uşağın dünyanı ağız vasitəsilə qavramasıdır. Uşaq əlinə nə keçərsə ağzına aparır, ağız vasitəsilə əşyaları yoxlayır, dadlarını alır. Uşaq əmmə aktı ilə həzz alıb, psixoloji olaraq da doyuma çatır.
2 yaşına qədər uşaq ana südü ilə qidalanmalıdır. Və qeyd etdiyimiz kimi bu oral tələbat ödənilmirsə, onda uşaq travma alır. Gələcək dövrlərdə uşaqlarda dırnaq yemə, barmaq sorma, qələm qapaqlarını yemə , irəliki dövrlərdə siqaret çəkmə kimi davranışlar formalaşır.
Bu dövrdə uşaqlar böyüklərlə bilavasitə emosianal kontaktda olur. Xüsusilə ana ilə uşaq arasında emosianal bağ yaranır. Ona görə bu dövrdə uşağın ehtiyaclarını qarşılayan , ona qulluq edən anası olmalıdır. Əgər uşağa ilk illərdə müxtəlif insanlar tərəfindən qulluq olunarsa, belə uşaqlarda bağlılıq hissi aşağı olur. 2 yaşına qədər uşaq ətraf aləmi hisslərlə, emosiyalarla, duyğularla qavrayır. Əgər ana aqresiv olaraq süd verirsə, bu uşağa da keçir. Çünki uşaq ananın ürək döyüntülərinin sürətləndiyini hiss edir, qorxunu hiss edir və o da anayla tamamlanır.
Psixoloq Ülkər Bağırzadə
Tags: Humel psixologiya mərkəzi psixoloq Ülkər Bağırzadə Uşaq psixoloqu uşaq psixologiyası uşaqlarda oral dövr psixologiya merkezi
Write a comment