Obsessiv kompulsiv pozğunluq nədir?

Müəllif ( Humel ) - 11 Oct 2022 271 0 şərhlər
Obsessiv kompulsiv pozğunluq nədir?

Obsessiv kompulsiv pozğunluq insanların obsessiya adlanan davamlı təkrar edən düşüncələrə sahib olması və düşüncənin şəxsi narahat etməsinə görə adətən rahatlamaq məqsədilə bəzi ritual və kompulsiv davranışlar etməsi ilə xarakterizə olunur.

Obsessiv kompulsiv pozğunluğa sahib xəstələr kontrol edə bilmədikləri düşüncələr qayğı, gərginlik, özünü təkrarlayan davranışları ritualları vəziyyətə gətirir. Obsessiv kompulsiv pozğunluğu olan xəstələr vəsvəsələri görməzdən gəlməyə və ya dayandırmağa çalışsalar da bu vəziyyəti dayandıra bilmirlər və nətyicədə stress və narahatlıq da artır.

Obsessiylar- güclü təşviş yaradan, təkrarlanan fikirlər, düşüncələrdir.

Kompulsiyalar- şəxsin onun qorxudan sayrışan fikirlərin qarşısını almaq üşün etdiyi fiziki və ya psixi hərəkətlərdir.

Obsessiv-kompulsiv pozğunluğun risk amilləri:

  • irsiyyətdə OKB-nin olması
  • qeyri-kafi həyat şəraiti
  • neqativ emosionallıq
  • uşaqlıqda baş verən fiziki və cinsi zorakılıq
  • infeksiyadan yaranmış autoimmun sindrom
  •  sevilən birinin itirilməsi
  • iş və ya məktəblə bağlı dəyişikliklər və s.

Obsessiv kompulsiv pozğunluğun simptomları xəstə daha çox stress altında olduqda kəskinləşir.

Obsessiv kompulsiv pozğunluğun əlamətləri:

  • kirlənmə qorxusu
  • səliqəli və simmmetrik olmaq
  • özünün və ya sevdiklərinin zərər görəcəyinə aid düşüncələr
  • başqalarının toxunduğu əşyalara toxuna bilməmək
  • əl ilə görüşməkdən narahat olmaq
  •  tez-tez əl yumaq
  • davamlı olaraq duş qəbul etmək istəyi
  • mikroblardan qorxmaq
  •  əşyaları saymaq
  •  qazı, suyu, qapını bağlandığından, işıqları söndürdüyündən əmin ola bilmədiyi üçün davamlı olaraq yoxlamaq
  •  bir duanı, sözü və ya cümləni təkrarlamaq və s.

Obsessiv kompulsiv pozğunluğun diaqnozu xəstənin simptomları və ümumi davranışları əsasında həkim tərəfindən qoyulur. Obsessiv kompulsiv pozğunluq müalicə edilmədikdə özlüyündən sağalmaz və bu da daha da pisləşməsinə səbəbiyyət verər. Müalicəsi ağırlıq dərəcəsinə görə psixiatr və klinik psixoloqun birgə çalışması ilə aparılır. Həkim nəzarəti altında beyində serotonin səviyyəsinin artmasına kömək olan dərman preparatları və klinik psixoloqun yardımı ilə koqnitiv davranış terapiyası obsessiv kompulsiv pozğunluğun müalicəsində efekktiv nəticə verir.

Psixoloq Zöhrə İslamzadə

Şərh yaz

Xəbərdarlıq: Şərh adı 3 və 25 simvol arasında olmalıdır!
Xəbərdarlıq: E-poçt ünvanı etibarsızdır!
Xəbərdarlıq: Şərh mətni 25 ilə 1000 simvol arasında olmalıdır!