+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Nağıllar və uşaqlar

By Aytac Nağılı - 1 Feb 2023 1363 0 comments
Nağıllar və uşaqlar

Nağılların uşaqların həyatına təsiri
Uşaqların həyatında baş verən müəyyən özünəməxsus problemlər, çətin situasiyalar, davranışda yaranan problemləri aradan qaldırmaq üçün psixologiyada müxtəlif terpiya üsullarından istifadə olunur. Bu terapiya üsullarından biri də nağıl terapiyasıdır.
Nağıllar uşaqların psixologiyasına necə təsir edir? Uşaqların hisslərinə, davranışlarına təsir etməyin ən effektiv üsullardan biri nağıllardır. Nağıllar uşaqların yaşlarına uyğun şəkildə seçilməlidir.

  • 3 - 4 yaşlı uşaqlar üçün seçdiyimiz nağıllar kiçik oyuncaqlar, əşyalar və heyvanlardan ibarət olmalıdır.
  •  5- 6 yaşlı uşaqlar üçün seçdiyimiz nağıllar sehrbaz, şəhzadə tipli nağıllar olmalıdır.
  •  6- 10 yaş kiçik məktəbli yaşlı uşaqlar üçün seçdiyimiz nağıllar uşaqların düşüncə və təsəvvürlərini inkişaf etdirəcək sehrli nağıllar olmalıdır.
  •  12 yaşdan yuxarı yeniyetməlik dövründə seçdiyimiz nağıllar məişət tipli nağıllar və məsəllərdən ibarət olmalıdır.

Nağılların effektivliyini artıran üsullardan biri də uşaqlara nağıl danışılan zaman mütləq şəkildə çıxış yolu göstərilməlidir. Eyni zamanda uşaq nağıldakı qəhrəmanın özü olmadığını, sanki onun davranışları ilə qəhrəmanın davranışlarının üst - üstə gəldiyini anlamalıdır.


Nağıl danışarkən uşaqda hər hansı bir mənfi davranışı müsbət davranışla əvəzləməli və əvəzlənilən müsbət davranışı ilk öncə şəxs öz üzərindən uşağa yansıtmalıdır.
Effektiv təsir üsullarından biri də yaradılan və mütaliə edilən hekayəni şəkillərlə uşağa göstərməkdir. Dəyişməsi istənilən davranış formasına uyğun olaraq ilk öncə mənfi, daha sonra əvəzləmək istənilən müsbət davranışa sahib bir obraz çəkilir. Uşağa iki şəkil arasındakı fərqi göstərərək nağıl danışılır.


Təsiretmə üsullarından biri də nağılların oyun zamanı istifadəsidir. Oyun prosesində nağıllardan istifadə etdikdə hekayənin uşağa necə təsir etdiyini, hansı düşüncə və hissləri keçirtdiyini öyrənə bilər eyni zamanda oyuncaqlar vasitəsilə nağılın effektivliyini artırmaq mümkündür.
Yaxşı bilib illərdir fərqinə varmadan danışılan nağıllar uşaqların münasibətlər və dəyərlər sisteminə mütləq şəkildə təsir edir. Bu təsirin müsbət yaxud mənfi olması nağılların məzmunundan asılıdır.

Psixoloq Aytac Nağılı

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!