+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Mövsümi depressiya

By Humel - 30 Sep 2022 964 0 comments
Mövsümi depressiya

Mövsümi affektiv pozğunluq (Mövsümi depressiya)

Mövsüm dəyişməsi təbiətdə bir sıra dəyişikliklərə səbəb olduğu kimi orqanizmimizdə də bəzi fizioloji və psixoloji dəyişikliklərə səbəb ola bilir. Xüsusilə qış aylarına keçərkən gün uzunluğunun qısalması, günəş işığının azalması, insanların digər fəsillərə nəzərən qapalı məkanlarda daha çox vaxt keçirməsi ruh sağlamlığına təsir edən amillərdir. Ruh halındakı bu dəyişilmələr mövsümi depressiyaya səbəb ola bilir.

Mövsüm ilə əlaqədar olaraq melatonin hormonunun artışı, seratonin hormonunun azalması kimi bəzi fiziolojik dəyişikliklər insan əhvalına mənfi təsir göstərir. Bu mənfi təsirlər nəticəsində mövsümi affektiv pozğunluq adlandırılan mövsümi depressiya yaranır.

Mövsümi depressiyanın qış və yay aylarında görülən formaları ayırd edilir. Yay depressiyası qış depressiyasına nəzərən daha az rast gəlinir və yazın sonlarında başlayıb yayın ilk aylarında bitir. Qış depressiyasına daha çox rast gəlinir və payız aylarında başlayır, qış aylarında təsiri daha da yüksəlir.

Mövsümi affektiv pozğunluqda depressiyada olduğu kimi əhvalın aşağı düşməsi, işgüzarlıq və fəallığın azalması, enerji itkisi, yuxu problemleri görülür. Mövsümi affektiv pozğunluğun depressiyadan fərqi mövsüm keçişləri ilə başlayıb bitməsidir.

Mövsümi affektiv pozğunluğa rast gəlinmə tezliyi depressiyadan əziyyət çəkmiş şəxslərdə daha yüksəkdir. Kişilərə nisbətən qadınlar mövsümi depressiyadan daha tez təsirlənirlər.

Mövsümi depressiya:

- özünüqiymətləndirmənin aşağı olması

- ümidsizlik

- istəksizlik

- iştahın azalması və ya artması,xüsusilə də karbohidratlı və şəkərli qidalara üstünlük vermə

- enerji azlığı

- diqqət problemləri

- sosiallaşmada və şəxsiyyətlərarası münasibətlərdə çətinlik və s. kimi əlamətləri özündə cəmləyir.

Mövsümi affektiv pozğunluğun müalicə edilməməsi onun xronikləşməsi riskini artırır və depressiyaya səbəb olur. Depressiyanın zamanında və doğru müalicə edilməməsi arzuolunmaz mənfi nəticələrə gətirib çıxara bilir. Koqnitiv davranış terapiyası psixoloqların yardımı ilə mövsümi depressiyanın müalicəsində müsbət nəticə verən terapiya növüdür.

Düzgün yuxu rejimi, sağlam qidalanma, bədəninizin aktivliyinə kömək edəcək idman hərəkətləri, günəş işığından daha çox yararlanmaq, sosiallaşmaq mövsümi depressiyadan uzaq olmağınız üçün işinizə yarayacaqdır.

Psixoloq Zöhrə İslamzadə

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!