ROMANTİK MÜNASİBƏTLƏRDƏ DOĞRU OLMAYAN MİFLƏR
Hər kəsin sevgi dili fərqli olduğu kimi onu göstərmə və yaşama şəkilləri də fərqlidir. Hər münasibətin özünə məxsusluğu vardır və bir münasibətdəki doğru və yanlışları münasibət içərisindəki tərəflər müəyyən edər. Bir münasibətdəki doğru, digər münasibətdəki insanlar üçün yanlış ola bilər. Bir münasibətdə önəmli olan; dəyər gördüyünü(verdiyini), fiziki və ruh bütünlüyünün güvəndə olduğunu bilməyindir.
Münasibətlərdə partnyorların tez-tez problem yaşadıqları nüanslardan biri də münasibət haqqında olan doğru olmayan miflərə sahib olmalarıdır.
Romantik münasibətlərdəki miflər hansılardır?
- Partnyorumla bir-birimizi tamamlamalıyıq.
- Bütün mövzularda eyni fikirdə olmalıyıq.
- Yaxşı münasibətlərdə tərəflər bir-birilərinə tez-tez sürprizlər edərlər.
- Heç konflikt yaşamamalıyıq.
- Hamının ruh əkizi vardır.
- Əks tərəflərin münasibəti daha uğurlu olar.
- Partnyorum mən istədim deyə dəyişməlidir.
Bəs partnyorlar münasibətlərində nələrə diqqət etməlidirlər?
- Empatiya qurmalı, bir-birilərinin duyğularını anlamaq üçün cəhd göstərməlidirlər.
- Duyğularını, düşüncələrini, ehtiyaclarını doğru, açıq şəkildə ifadə etməlidirlər.
- Bəzi məqamlarda bir-birilərinin düşüncələrinə güzəştə getməyi bacarmalıdırlar.
- Münasibətinizdə yaşadığınız problemlər içindən çıxa bilmədiyiniz hal alarsa, mütəxəssisdən dəstək ala bilərsiniz.
Psixoloq Sevil Bağırova
Tags: Psixoloq Sevil Bağırova Ailə psixoloqu humel psixologiya merkezi psixologiya merkezi cütlük psixoloqu cütlük terapiyası psixoloji merkez psixologiya merkezi psixologiya mərkəzi humel psixologiya mərkəzi
Write a comment