+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Münasibətlər üçbucağı

By Firuzə Qənizadə - 16 Aug 2023 655 0 comments
Münasibətlər üçbucağı


Biri var idi...
Biri yox idi...
Münasibətlər üçbucağı"("Dram üçbucağı") ilə konfliktli və ya dramatik münasibətlərin xəritəsini görmək mümkündur. Xəritəyə əsasən bu tip münasibətlərdə 3 baş rol var: Xilaskar, Qurban və Təqibçi.


Qurbanın şüarı: "Mən yazığam" Qurban zərər çəkmiş, məzlum, köməksiz, ümidsiz, gücsüzdür, utanc hissi keçirir və qərar vermək, problem həll etmək iqtidarında deyil. Qurbana zərər verilmədikdə, o həm Təqibçi, həm də Xilaskar axtaracaqdır. Çünki, burada Qurban rolu deyildikdə həqiqi qurbandan çox özünü bu cür hiss edən və belə davrananlar nəzərdə tutulur.


Xilaskarın şüarı: "İcazə verin sizə kömək edim". Bu rolda Xilaskar kömək etmədiyi halda özünü günahkar hiss edir. Lakin Xilaskarın bu davranışı qurbana mənfi təsir edir; onu asılı vəziyyətə gətirir və uğursuzluğa məhkum edir. Bəs burada Xilaskarın qazancı nədir? Xilaskar qurbana kömək etdikdə diqqətini başqasına yönəltməklə öz narahatlıqlarını və problemlərini göz ardı edir. Burada əsas məqsəd kimisə xilas etmək deyil, öz problemlərindən uzaqlaşmaq istəyidir.


Təqibçinin şüarı: "Hamısı sənin günahındır". Təqibçi nəzarət edən, günahlandıran, tənqidçi, qəzəbli, avtoritar, sərt və üstündür.
Dram üçbucağı Qurban və Təqibçi rollarının iştirakı ilə yaranır və sonradan Xilaskar daxil edilir.
Bu rollar davam etdirildikcə münasibətlər daha çox zəhərlənməyə davam edir.

Qalib üçbucaq
Əvvəlki paylaşımdan da məlum olduğu kimi, Dram üçbucağındakı Qurban, Xilaskar və Təqibçi stresli, emosional və konflikti münasibətlərdə insanların oynadığı şüuraltı rollardır. İnsanlar öz məsuliyyətlərindən uzaqlaşmaq üçün dram üçbucağına daxil olurlar.
Bəs necə edək ki, Qurban, Xilaskar və Təqibçi yox, Qalib olaq?
Dram üçbucağından kənara çıxmaq mümkündür?
Cavab: əlbətdə, mümkündür.
Bunun bir çox yolu var, onlardan biri isə məhz "Qalib üçbucaq" adlanır.
Dram üçbucağından Qalib üçbucağına keçid bir rolun dəyişməsi ilə başlayır və bütün tərəflərin qalibiyyəti ilə nəticələnir.
Bəs bu keçid necə baş verir?

  • Qurbandan Həssasa keçid: Şəxsin seçimlərini və nəticəni fikirləşmək üçün hansı texnikalar dan istifadə etməyi ilə bağlıdır. Yəni burada keçid problem həll etmə bacarığını inkişaf etdirdikdə baş verir.
  • Xilaskardan Qayğıkeşə keçid: Şəxsin dinləmə bacarığını inkişaf etdirməsi ilə bağlıdır. Yəni kimisə situasiyadan xilas edərək deyil, onu dinləyərək qayğı göstərilir.
  • Təqibçidən İddialıya keçid: Şəxsin öz istəklərini başqasını qınamadan irəli sürməsi ilə bağlıdır.


Nəticə etibarı ilə hər üç tərəfin fərqindəyili artırılaraq uyğun bacarıqları inkişaf etdirilir.

 

Klinik Psixoloq Firuzə Qənizadə

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!