+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Münasibətlər

By Sevil Bağırova - 27 Feb 2023 558 0 comments
Münasibətlər

Münasibətlərdə Normal Olan Davranışlar

 Üzr İstəmək- Konflikt anında və ya sonrasında üzr istədiyin zaman "məğlub olan" tərəf kimi hiss edirsənsə, bu düşüncəni bir daha gözdən keçirmən gərəkli ola bilər. Hər iki tərəf də bu durumun bir yarış olmadığını ve istənən üzrün anlamının fərqinə varmalıdır.

Ayrı Vaxt Keçirmək- Müəyyən zamanlarda ayrı vaxt keçirmək düşünülənin əksinə münasibətin daha sağlıqlı irəliləməsinə təsir edən faktorlardan biridir. Təbii ki cütlüklər bir-birilərinin maraq dairələrini kəşf etməli və gərəkli olduğu durumlarda buna daxil olmalıdır. Bunun yanında hər iki tərəfin özünə məxsus hobbisi, maraq dairəsi, dost çevrəsi ola bilər.

Fikir Ayrılıqları- Cütlüklər hər mövzuda eyni fikirdə ola bilməzlər. Önəmli olan fikir ayrılıqları olan zaman bunu hörmət çərçivəsində aydınlaşdıra bilməkdir. Bunun üçün əks tərəfi tənqid etmək əvəzinə onu dinləməli, anlamağa çalışdığınızı gösdərməlisiniz.


 Şəxsi Sahə- Sağlıqlı münasibət üçün iki tərəf də həm şəxsi alanını yaratmalı, hem də bu alana hörmət etməlidir. Münasibət içərisində insanın öz qurucu "Mən"liyini qoruması üçün bu alana ehtiyacı vardır.

 

Psixoloq Sevil Bağırova

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!