+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Mükəmməlliyətçi olmaq

By Sevil Bağırova - 30 Mar 2023 967 0 comments
Mükəmməlliyətçi olmaq

Niyə etdiyim hərşeyin mükəmməl olmasını istəyirəm?
Mükəmməlliyyətçilik, mükəmməlin əldə edilə biləcəyi fərziyyəsinə əsaslanan və mükəmməlin əldə edilməli olduğu inancı ilə qidalanan hisslər, düşüncələr və davranışlar toplusuna verilən addır. Bu şəxsiyyət xüsusiyyətlərinə malik olan insan etdiyi hər şeyin kifayət qədər yaxşı olduğunu düşünmür. O, bütün enerjisini qeyri-real bir hədəfin uğruna xərcləyir: mükəmməl olmaq. Bu qeyri-mümkün hədəf insana güclü təzyiq göstərir və onun məhsuldarlığını aşağı salır. Daxili imkanlarından(potensialından) düzgün istifadə edə bilməyən insan nəticədə uğursuzluqla üzləşir.


Perfektsionizm həyatın bütün sahələrində özünü göstərə bilər. Bu meyli olan insanlar üçün hətta çox kiçik və əhəmiyyətsiz şeylər də böyük ola bilər. Məsələn, bir anketi doldurmaq saatlar çəkə bilər. Mükəmməlliyyətçi tələbə bir neçə saat ərzində tamamlanması gözlənilən ev tapşırığı üçün günlərlə mübarizə apara bilər, çünki o, yaxşı və ya kifayət qədər tam yazdığı heç nə tapmır. Eynilə, etdiyi hər şey ona kifayət etməyəcəyi üçün hedsiz imtahan narahatlığı yaşaya bilər.


Perfectionist insanların xüsusiyyətləri:
Erkən həyat təcrübələrindən qaynaqlandığı düşünülən mükəmməllik, müəyyən xüsusiyyətlərlə özünü göstərir. Bu xüsusiyyətlərdən ən əsasları bunlardır:

  •  Təsdiq, qəbul və sevgi ehtiyacı: Hər bir insanın təsdiq, qəbul və sevgi ehtiyacı var. Perfeksionistlər hesab edirlər ki, bu ehtiyacları ödəməyin yolu mükəmməl olmaqdır. Mükəmməl olmadıqları təqdirdə rədd ediləcəyini düşünürlər.
  •  Uğursuzluq qorxusu: Mükəmməlliyin ən görkəmli xüsusiyyətlərindən biri olan bu qorxu, qiymətləndirilmək və nəticədə mühakimə olunmaq və rədd edilmək qorxusundan qaynaqlanır. Uğursuzluq qorxusu əldə edilən uğuru qoruyub saxlaya bilməmək narahatlığı şəklində də özünü göstərə bilər. Bir sözlə, uğur və ya uğursuzluq bu insanlar üçün bir imtahana çevrilir.
  •  Səhv etmək qorxusu: Uğursuzluqdan çox qorxan biri üçün hər səhv uğursuzluq əlamətidir və buna görə də qəbuledilməzdir. Bu insanlar səhvləri və zəiflikləri utancverici hesab edirlər. Səhvləri qarşısında özlərini və başqalarını sərt şəkildə mühakimə edirlər.
  •  Mənfiyə diqqət yetirmək: Bu insanlar həm özlərində, həm də başqalarında olan çatışmazlıqlara, zəifliklərə və səhvlərə daha çox diqqət yetirirlər.
  •  Sərt düşüncə: Bu insanlar son dərəcə sərt və əyilməz bir perspektivə malikdirlər. Qaydalar onlar üçün çox vacibdir. Həyat ya qara, ya da ağ; Onlar həyatın boz tonlarını dərk etməkdə çətinlik çəkirlər.
  •  Özünə dəyər verməmək: Mükəmməllik tərəfdarları üçün özünə dəyər müvəffəqiyyətlə əlaqələndirilir. Onların özlərinə verdiyi dəyər başqalarının düşündüklərinə əsaslandığı üçün onlar möhkəm təməllərə söykənmirlər. Şəxsiyyət qavrayışları başqalarının ən kiçik mənfi qiymətləndirilməsi ilə sarsılır.

 

Mükəmməllikçilər arasında ümumi olan bəzi davranış nümunələri var.

Bunlardan ən önəmliləri aşağıda verilmişdir:

  •  Tapşırığı yerinə yetirərkən tez-tez üzərindən keçmək, təkrar etmək və düzəltmək,
  •  Həddindən artıq planlaşdırma, təşkilatlanma və ardıcıllıq,
  •  Qərar vermədə çətinlik
  •  Ertələmə və qaçınma,
  • Tənqidə dözümsüzlük


Həll üçün ilkin şərt problemin olduğunu görməkdir. Əgər özünüzdə mükəmməlliyə meylli olduğunuzu görürsünüzsə və bunun qeyri-sağlam olduğunu qəbul edirsinizsə, onda edə biləcəyiniz şeylər var. İşə yaraya biləcək bəzi üsullar bunlardır:

 

  •  Bir mükəmməllikçi olmağın sizə nəyə başa gəldiyini düşünün. Müsbət və mənfi cəhətləri soruşun. Bu, dəyişikliyin nə üçün lazım olduğunu sizə xəbər verəcəkdir.
  • Bilin ki, sizin bir insan olaraq məhdudiyyətiniz var. Hamı kimi səhv edə biləcəyinizi, qüsurlarınız və zəif tərəfləriniz olduğunu qəbul edin. Sizin də güclü tərəfləriniz var...
  •  Həqiqi ehtiyac və istəklərinizə uyğun olaraq məqsədlərinizi təyin etməyə çalışın. Bunu edərkən limitlərinizi nəzərə alın. Özünüzü qeyri-real məqsədlərə bağlamaq həm uğursuzluğa, həm də narahatlığa dəvətdir.
  •  Etdiyiniz bir işin nəticəsi deyil, bir şey etmə prosesinə diqqət yetirin. Öyrənməyə və prosesdən həzz almağa çalışın. Müvəffəqiyyəti yalnız nəticələrə görə qiymətləndirməyi dayandırın. Nə özünüz, nə də başqaları haqqında hər hansı bir səhv və ya nöqsandan sonra bütün şəkli cızmayın.
  •  Səhvləriniz üçün özünüzü bağışlamağı öyrənin. Siz hər bir səhvdən bir öyrənmə təcrübəsi çıxara və bununla da özünüzü təkmilləşdirə bilərsiniz.
  •  Məqsədləriniz haqqında düşünən “hər şey və ya heç nə” düşüncəsindən qurtulun. Daha vacib işlərinizi daha az vacib olanlardan ayırmağı və onlara üstünlük verməyi öyrənin.
  •  İndiki məqama diqqət yetirməyə çalışın. Uğurdan sonra növbəti dəfə eyni uğura nail olub-olmayacağınızı düşünmək uğurdan həzz almağınıza mane olur.
  •  Tənqidi hücum kimi qəbul etməyin. Unutmayın ki, tənqiddən də çox şey öyrənə bilərsiniz.
  •  Perfeksionizmlə mübarizə asan deyil. Özünüzə vaxt verin. Hətta kiçik irəliləyişlərə görə özünüzü mükafatlandırın.

Mükəmməllik ilə mübarizədə mükəmməl olacağınızı gözləməyin.

 

Psixoloq Sevil Bağırova


 

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!