+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Mükəmməlliyətçi insanlar

By Firuzə Qənizadə - 9 Aug 2022 722 0 comments
Mükəmməlliyətçi insanlar

Mükəmməlliyətçiliyin insanın psixi sağlamlığına mənfi təsirləri olduğu məlumdur.

Tədqiqatlar göstərir ki, mükəmməlliyyətçilik aşağıdakı narahatlıqlarda rast gəlinir.

  • Təşviş pozuntuları
  •  Depressiya
  •  Emosional yanma (Burnout)
  •  Obsesiv-kompulsiv pozuntu
  •  Yüksək stress səviyyəsi
  •   İntihar riski
  •  Anoreksiya və ya bulimiya kimi yemək pozuntuları

Mükəməlliyətçi insanların əsas xüsusiyyətləri bunlardır:

  • Davamlı özünü tənqid. Özündə səhv və qüsur axtarmağa meyillidir. Uğurlarına önəm vermir, xırda səhvlərinə görə özünü ciddi mühakimə edir.
  • Ağ-qara düşüncə. Yəni onlar üçün " dem'k olar ki, mükəmməl nəticə" uğursuzluq sayılır.
  • Reallığa uyğun olmayan, əlçatmaz hədəflər qoyub onlara çatmağa çalışırlar.
  • Səhv etməkdən, uğursuzluqdan qorxurlar. Mükəmməldən başqa bütün nəticələri uğursuz saydığı üçün, bir işə başlamaq çətinləşir.
  • Tənqidə qarşı həssadırlar.
  • Mənfi tərəflərini şişirtmək və özünə sərt tənqidi yanaşmaq özünü qiymətləndirməni aşağı salır.

 Mükəmməlliyətçi xüsusiyyətlər həm də münasibətlərdə problemlər yarada bilər, çünki mükəmməlliyə can atan insanlar ətrafdakılardan da eyni mükəmməlliyi gözləyə bilərlər. Bu gözlənti vasitəsilə onlar ətrafındakı insanları da tənqid edə bilərlər.

 Mükəmməllikçi keyfiyyətlərə sahib olanlar öz ağrılarını-narahatlıqlarını başqalarına açıqlamaqda çətinlik çəkirlər, çünki bu, onların mükəmməl olmadıqlarını ifşa edə bilər.
Əgər qeyd olunan xüsusiyyətlər sizə gündəlik həyatınızda çətinliklər yaradırsa psixoloqa müraciət edin.

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!