Maskalı və ya gülümsəyən depressiya
Maskalı depressiya daha çox fiziki simptomlarla müşayiət olunan mövcud depressiya vəziyyətidir.Maskalı depressiyaya daha çox qadınlarda rast gəlinir, çünki bu, tamamilə onların həyatda üzərinə götürdüyü rol və məsuliyyətlərlə bağlıdır. Maskalı depressiyanın əlamətləri hansılardır?
Həyatdan həzz ala bilməmək
İştahda dəyişikliklər
Qərar verməkdə çətinlik, yəni qərarsızlıq
Dəyərsizlik düşüncəsi
Yuxu pozğunluqları
Konsentrasiya pozğunluğu
Unutqanlıq
Motivasiya pozğunluğu
Daim özünü günahlandırma
Pessimizm
Keçmişdə baş verən hadisələrdə ilişib qalmaq
Cinsi disfunksiyalar
Bunlar depressiyanın normal əlamətləridir, lakin maskalı depressiyada, yəni gülümsəyən depressiyada bədən funksiyalarının pozulması daha çox müşahidə olunur.
Onlar cinsi disfunksiyalar, yuxu pozğunluqları, iştah və dəri problemləri kimi görünə bilər. Maskalı depressiyanın səbəbləri depressiyanın səbəbləri ilə eynidir, lakin simptomlar daha çox fizikidir. Xüsusilə emosiyalarını ifadə etməkdə çətinlik çəkən insanlarda rast gəlinir. Çünki hisslərimizi ifadə edə bilmədiyimiz zaman bədənimiz bizim yerimizdən danışmağa başlayır. Başqa sözlə, şifahi ifadələr bədən ifadələri ilə əvəz olunur.
Maskalı depressiya ən çox qadınlarda olur. Bunun səbəbi qadınların duyğularını daha çox daxildə yaşamaları və ətrafa demək istəməmələridir.
Maskalı depressiyanın depressiyadan əsas fərqləndirən əlamətlərdən biri yuxu, iştah və cinsi istəyin artmasıdır. Tipik depressiyada insan yuxuda, iştahda və cinsi istəkdə azalma yaşayır.
Maskalı depressiyanı fərqləndirən digər əlamətlər aşağıdakılardır:
- Artan iştah və çəki artımı
- Hipersomniya (saatlarla yatmaq) və gün ərzində yuxulu hiss etməyə davam etmək.
- Qollarda və ayaqlarda ağırlıq hissi (gün ərzində fasilələrlə)
- Şəxsiyyətlərarası münasibətlərə birbaşa təsir edə bilən rədd və tənqidə qarşı xüsusi həssaslıq.
- Xoş xəbərə görə əhvalda müvəqqəti yaxşılaşma hiss edə bilər lakin sonra yenidən diskomfort hissinə qayıdılır
- Duyğuları müəyyən etmək və saxlamaqda çətinlik. Soruşanda adətən yaxşı olduqlarını deyirlər.
- Dərin kədər əlamətlərinin göstərilməsinin zəiflik əlaməti olduğu düşüncəsindədirlər
Maskalı depressiyanın müalicəsində psixoterapiya effektiv nəticələr almağa kömək edir. Ağır hallarda dərman müalicəsi də paralel olaraq aparıla bilər.
Psixoloq Rahidə Şahverdiyeva
Tags: Psixoloq Rahidə Şahverdiyeva psixoloq dəstəyi humel psixologiya mərkəzi psixologiya merkezi psixoloji merkez humel psixologiya merkezi yaz depressiyası depressiya depressiyanın müalicəsi distimiya distimiya nədir maskalı depressiya gülümsəyən depressiya psixoloji merkez bakı psixoloji merkez
Write a comment