Kişilərdə erkən boşalma

Müəllif ( Firuzə Qənizadə ) - 14 Oct 2022 421 0 şərhlər
Kişilərdə erkən boşalma

Vaxtından qabaq eyakulyasiya və ya erkən boşalma kişilərdə ən çox rast gəlinən cinsi disfunksiya ola bilər. Eyakulyasiya çox tez baş verərsə, şəxs onu yavaşlatmaq iqtidarında olduğunu hiss etmirsə və bu barədə özünü pis hiss edirsə, buna erkən eyakulyasiya deyilir. Bu, daha sonra cütlüyün cinsi həyatına və ümumi xoşbəxtliyinə mənfi təsir göstərə bilər.

  • Vaxtından qabaq eyakulyasiya fiziki, psixoloji və münasibətlə bağlı faktorların birləşməsindən qaynaqlanır.
  • Psixoloji səbələrə depressiya, təşviş, partnyoruna qarşı qəzəb, aşağı özünə hörmət və günahkarlıq hissləri aid edilir.


Münasibətlə bağlı çətinliklər də cinsi disfunksiyalara səbəb ola bilər. Zəif ünsiyyət, bağlanma və ya yaxınlıq qorxusu və cinsi əlaqə üçün təzyiq hissi şəxsin eyakulyasiya nəzarətini azalda bilər. Bundan əlavə, əgər şəxs partnyorunun cinsi əlaqədən həzz almadığına inanırsa (bu, əslində doğru olmaya bilər) və ya cinsi əlaqə zamanı narahatlıq hiss edirsə və ya onun ola biləcəyindən narahatdırsa, bunu mümkün qədər tez həll etməyə çalışa bilər.

Hər cinsi pozuntu kimi, erkən boşalma da təşviş və ya narahatlıqdan qaynaqlana bilər. Əsl problem şəxsin cinsi funksiyalarında deyil, cinsi funksiyalarını necə yerinə yetirmək barədə düşüncələrindədir. Beynini düşüncələrdən təmizləyə bilməyən, cinsəlliyi azad və təbii şəkildə yaşaya bilməyən, narahatlıq hissindən uzaqlaşa bilməyən şəxs erkən boşalma problemi yaşayır. Odur ki, vaxtından əvvəl eyakulyasiya zamanı müalicənin əsası olaraq tam cinsi məlumatlandırma aparılır, şəxsin zehnində olan yanlış məlumatlar və cinsi miflər düzəldilir.

Şərh yaz

Xəbərdarlıq: Şərh adı 3 və 25 simvol arasında olmalıdır!
Xəbərdarlıq: E-poçt ünvanı etibarsızdır!
Xəbərdarlıq: Şərh mətni 25 ilə 1000 simvol arasında olmalıdır!