+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

İmtahan həycanı

By Humel - 3 Jun 2022 1221 0 comments
İmtahan həycanı

Hər il minlərlə şagird imtahan verərkən onun həyəcanını, stresini yaşayır. Bu həyəcan və stress çox vaxt şagidlərin müvəffəqiyyətinin düşməsinə səbəb olur. Və uğurlu nəticə əldə edə bilməməkdən qorxduqları üçün yaşadıqları imtahan həyəcanı onlarda bir sıra psixoloji və fizioloji problemlər əmələ gətirir.Bunlara diqqət dağınıqlığı, narahatlıq, həssaslıq kimi psixoloji problemlər və ürək bulanması, əl titrəməsi, unutqanlıq, ürək döyüntüsü, tərləmə kimi psixosomatik reaksiyalar daxildir.  Imtahan həyəcanı və stressi İmtahan zamanı əvvəlcədən öyrənilən biliklərin səmərəli istifadəsinə mane olan və müvəffəqiyyətin azalmasına səbəb olan aşırı narahatlıq vəziyyətidir. Imtahan qayğısı yaş və cins fərqi olmadan bir çox şagirddə görülür.

İmtahan həyəcanının formalaşmasında fərd tərəfindən imtahana aid edilən mənalar, imtahanla bağlı zehnində yaradılmış obraz, imtahan sonrası vəziyyətə istinadlar və imtahandan sonra əldə ediləcək nailiyyətlərə verilən önəm təsirli olur.

Hüzursuzluq, narahatlıq, tədirginlik, sıxıntı, uğursuzluq qorxusu, dərsə istəksizlik, ürəkbulanma, , tremor, ağız quruluğu, tərləmə, yuxu pozuntusu , mədə ağrıları və s. fiziki şikayətlər, diqqət və konsentrasiyanın pisləşməsi, özünə inamın azalması, özünü qeyri-adekvat və dəyərsiz görmə imtahan narahatlığının ümumi simptomlarıdır. Ümumiyyətlə imtahan həyəcanı olan şagirdlərin nəaliyyətlərində xeyli azalma müşahidə olunur,dərslərdə gecikmələr olur və imtahanlar və hazırlıqlar barədə danışmaqdan imtina edirlər.

Bəzən valideynlər özləri aşırı narahatçılıq keçirirlər və bu narahatçılıqlarını uşaqlara keçirirlər. Adətən biraz stress imtahandan əvvəl həqiqətən faydalı ola bilər. Məsələn işdəki stress sizi daha çox işləməyə sövq edə bilər. Imtahan stressi də tələbələri daha müvəffəqiyyətli olmağa həvəsləndirə bilər. Bəzən Stress yaranmazsa və ya  çox aşağı səviyyədə stress olarsa, yuxululuq və ya istəksizliyə səbəb ola bilər. Amma həddindən artıq stress də tələbələrin özünəinamını aşağı salır. Həddən artıq stress tələbələrin bloklanmasına və vacib məlumatları yadda saxlamasına mane olur. Bu onların dərk etməsinə və nəticə çıxarmaq qabiliyyətinə də mənfi təsir göstərir ki bu da onların problemi həll etməsinə mane olur.

İmtahan stresinin səbəblərini ümumiləşdirsək bunları qeyd edə bilərik:

1. Vaxtdan səmərəli istifadə edə bilməmək- imtahan hazırlaşmağa gec başlamaq, mövzuları çatdıra bilməmək, fənni yetəri qədər təkrarlaya bilməmək narahatlığı və həyəcanı artırır.

2. Yalnış dərs çalışma vərdişləri- plansız və proqramsız şəkildə dərs oxumaq uğursuzluğun başlıca səbəblərindən biridir. Bu eyni zamanda motivasiyanın da azalmasına səbəb olur.

3. Mükəmməlliyətçilik- Etdiyi işin ən yaxşısı və səhvsiz olması lazım olduğuna inanan insanın narahatlıq səviyyəsi yüksək olur.

4. Uğursuzluq qorxusu- Uğursuzluq qorxusu olan fərdlərin özünə inamı azalır və həyəcan səviyyəsi yüksəlir.

5. İmtahana həddən çox məna yüklənməsi- Öz potensialına uyğun olmayan məqsəd qoymaq və ya imtahanı özünü sübut etmək platformasına çevirmək də narahatlıq səviyyəsini artırır.

6. Ailə təzyiqi- Ailələrin övladlarından gözləntilərinin çox olması və uşağın onları reallaşdıra bilməməsi də uşaqların həyəcan və stress səviyyəsini artırır.

Ən önəmli məsələlərdən biri də budurki bu stressi necə aradan qaldıra bilərik?

İlk öncə hərşeydən əvvəl imtahana planlı və proqramlı şəkildə hazırlaşmaq lazımdır. Planlı və proqramlı çalışmaq imtahana  yetərli və zamanında çalışmanı tımin edir. Ikinci məsələ burasındadırki, çox hallarda şagirdlər imtahanın son anına qədər davamlı şəkildə oxuyurlar, hazırlaşırlar. Son ana qədər oxumaq öyrənilənlərdə çaşqınlıq yaradacağı üçün imtahana bir-iki gün qalmış oxumağı dayandırmaq lazımdır. Digər bir məsələ yuxu, istirahət və qidalanmadır.

Şagirdlər imtahan gecəsi yuxusunu yetərincə almalıdır,imtahandan əvvəl yaxşı istirahət etməlidirlər. İmtahandan əvvəl ağır qidalardan uzaq durulmalıdır. Düşüncələr və inanclar da stressin yaranmasına təsir edir. Uğur qazana bilməsəm ailəmə nə deyim?; Mən bu imtahanda uğur qazana bilməyəcəyəm; Mən yetərsizəm, bacara bilmiyəcəm kimi mənfi düşüncələrdən uzaq durmaq lazımdır.  Bunun yerinə müsbət və real düşüncələr formalaşdırmaq lazımdır- Nəticə nə olursa olsun, ailəm məni sevir ;Mən bu imtahanda uğur qazanacağam; Mən əlimdən gələni edəcəyəm; Mən bu imtahan üçün yetərliyəm.

Doğru nəfəs alma , əzələlərin boşalması stress və gərginliyi azaldan faktorlardır. İmtahandan əvvəl və ya imtahan zamanı narahatlıq səviyyəsi artarsa, bir neçə dərin nəfəs alın. Bu həyəcanın , stressin azalmasına kömək edəcəkdir.

 

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!