+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

İmposter sindromu nədir?

By Rahidə Şahverdiyeva - 10 Apr 2023 739 0 comments
İmposter sindromu nədir?

Saxtakarlıq və ya İmposter sindromu nədir?


İmposter sindromu çox sıx rast gəlinən psixoloji narahatlıqdır. Saxtakarlıq sindromu insanın əldə etdiyi uğurlara layiq olmadığını və qazanmış olduğu hər şeyi şansla əldə etdiyini düşünməsi şəklində özünü göstərir. Bu halı yaşayan insanlar çox yaxşı təhsil səviyyəsində və prestijli mövqedə və ya xoşbəxt bir yaşantıda olsalar belə zehnini daimi məşğul edən bir çox mövzu olur. Bu vəziyyətin səbəbi isə insanın sahib olduğu hər şeyin əslində bir təsadüf və şansdan ibarət olduğu düşüncəsidir. İnsan özünü uğursuz olaraq görür və buna görə ətrafındakı insanların hörmətinə layiq olmadığını düşünə bilər. Bunun kimi vəziyyətlər insanın saxtakarlıq sindromundan əziyyət çəkdiyini göstərməkdədir və insan mütəxəssisdən dəstək almalıdır.


İmposter sindromunun əlamətləri:
• Uğursuz hiss etmək
• Özünü qeyri-kafi, bacarıqsız kimi görmək
• Sahib olduğu heç bir şeyə layiq olmadığını düşünmək
• İnsanların müsbət rəylərini və təbriklərini şişirdilmiş olaraq qəbul etmək
• Qazandığı müvəffəqiyyətlərin təsadüfən olduğunu düşünmək
• Kütlə qarşısında çıxış etməkdən qaçmaq


İmposter sindromunun səbəbləri nələrdir?


Ailə davranışları: Şəxs uşaqlıq dövründə ailəsinin ona qarşı davranışları və münasibətləri nəticəsində bu sindromu yaşaya bilər. Ailənin xüsusilə, uğur qazanmağla bağlı uşağa qarşı təzyiq göstərərək həddindən çox tərifləməsi və ya bunu tərsi olan vəziyyətlərdə insanlarda irəliləyən vaxtlarda bu sindrom yarana bilər.
Mükəmməliyyət gözləntisi: insanın həddindən artıq təqdir olunması və təriflənməsi ilə birlikdə görəcəyi işlərdə və hərəkətlərdə hər zaman ən yaxşısının olmasının lazım olduğunu düşünərək mükəmməliyyət duyğusu ortaya çıxa bilir. Gözləntiləri qarşılaya bilmədiyini düşünən şəxs günahkarlıq hissinə qapıla bilər və bu sindromun ortaya çıxması görülə bilər.


Travmatik hadisələr: bu insanlar uşaqlıq dövründə çox təzyiq altında yetişdirilən və bir neçə travma yaradan hadisə yaşaya bilərlər. Bu cür hadisələr insanın sosial ətrafları ilə münasibətlərini və yaşantısına da mənfi təsir edə bilir.
İmposter sindromu şagirdlərdə, yüksək statusa sahib işçilərdə, uğur qazanmış şəxslərdə daha çox rast gəlinir. Bu insanlar ətraflarında olan bacarıqlı insanlarla daim özlərini müqayisə etdikləri üçün öz uğur və bacarıqlarını görməzdən gəlirlər.


İmposter sindromunun müalicəsi:
Sindromdan əziyyət çəkən şəxs psixiatr və ya psixoloqdan dəstək alaraq problemini həll edə bilər. bu vəziyyətlə yanaşı təşviş və depressiya kimi bəzi fərqli psixoloji narahatlıqlar da olabilər. müalicə zamanı insan sindromu tanımalı, fərqindəlik qazanmalı və bu hala səbəb olan amilləri ortaya çıxarmalıdır.

 

Psixoloq Rahidə Şahverdiyeva

 

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!