Hədsiz fədakarlığın səbəbləri
Fədakarlıq bir məqsəd və ya həyata keçirilməsi arzu olunan hər hansı bir şey üçün öz mənfəətlərindən imtina etmək deməkdir. Fədakarlıq müəyyən dərəcənin üzərində olarsa, artıq onu edənə zərər verməyə başlar. Çünki, hədsiz fədakarlıq edən şəxs başqalarının mənafeyi üçün öz mənafeyindən əl çəkməli olur. Hədsiz fədakarlıq edildiyində isə artıq qarşı tərəf üçün bu durumun elədə çox dəyəri qalmamağa başlayır. Buna rağmən hədsiz fədakar bu davranışından əl çəkmir, öz işlərini başqaları üçün axsatmağa davam edir. Hətta bəzi zamanlarda bu durum qarşı tərəfin fərqinə varıb, suistimal etməsinə qədər uzana bilər.
Ümumi olaraq həddən artıq fədakarlıqla insanları razı salan davranışlar uşaqlıqda qeyri-sabit olan (bəzən yaxın bəzən uzaq olma və ya isti və soyuq vəziyyətində olmaq və s.) valideynlə əlaqəni və yaxınlığı davam etdirmək yolu kimi inkişaf edir. Əsasən başqalarını məmnun etməyə yönəlmiş insanların valideynleri ; sadəcə öz sıxıntılarına vaxt ayıraraq, uşaqlarının nə hiss etdiyini, düşündüyünü və ehtiyac duyduğunu başa düşməyən və uşaqlarının göstərdiyi siqnalları və emosiyaları tez-tez səhv şərh edən insanlardır.
Başqalarını məmnun etməyə öyrəşmiş insanların valideynləri çox vaxt emosional sıxıntı halında olurlar. Buna görə uşaqlar kövrək və sıxıntıda görünən valideynlərini müalicə etməyə yönəlmiş olurlar. Onlar münasibətlərdə daha çox böyük kimi davranır və öz valideynlərinə qarşı qayğıkeş rolunda olurlar. Valideynlərin emosional bağlılıqda çətinlik çəkməsi və qeyri-sabit davranması uşaqda valideynlərini və hisslərini qorumaq üçün hərəkətə keçmək istəyi yaradır, çünki bu, onlarla əlaqə saxlamağın yeganə yoludur. Beləliklə, bu uşaqlar daimi olaraq valideynlərinin əhval-ruhiyyələrini izləyər, onlara nəzarət edər və onları qürurlandırmaq, ehtiyaclarını ödəmək, yaxşı olmaq üçün əllərindən gələni edərlər. Bununla da insanları məmnun etmək bacarıqlarını inkişaf etdirməyə başlayarlar.
Psixoloq Sevil Bağırova
Tags: Psixoloq Sevil Bağırova Humel psixologiya mərkəzi psixologiya merkezi psixoloji dəstək evlilik psixologiyası humel psixologiya merkezi ailə psixoloqu ailə terapisti psixoloji problemlər travmaların müalicəsi fədakarlıq psixoloji mərkəz psixoloji mərkəz bakı fedakar olmaq
Write a comment