+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Gaslighting nədir?

By Rahidə Şahverdiyeva - 23 May 2023 1175 0 comments
Gaslighting nədir?

Gaslighting nədir?


Gaslighting, insanın öz ağlını şübhə altına almasına səbəb olan yalanlar, inkar və qorxutma taktikaları ilə manipulyasiya edildiyi bir psixoloji zorakılıq formasını təsvir etmək üçün istifadə edilən termindir. Termin adı 1938-ci ildə "Qaz lampası" adlı tamaşadan gəlir. Tamaşada kişi obrazı arvadını dəli olduğuna inandırmağa çalışır və qaz lampasını söndürəndə arvadı bunun real deyil, uydurma bir şey olduğunu başa düşür.


Gaslighting, xüsusən də öz maraqları üçün manipulyasiya yolu ilə yanıltma və ya aldatma davranışı olaraq təyin edilə bilər. Bunun nəticəsində qurban öz düşüncələrini, reallıq qavrayışını və psixi sağlamlığını şübhə altına almağa başlayır, insanın özünə inamı, özünə hörməti zamanla zədələnir. Bu cür emosional manipulyasiyalar insanın öz yaddaşını və psixi sağlamlığını şübhə altına almasına səbəb olur. Gerçəklik qavrayışının pisləşməsi ilə xatirələrini sorğulamağa başlayan bu insanlar, yaşadıqlarını inkar edə və qarşıdakı insanın fikirlərini qəbul etməyə meylli ola bilərlər. Zərərçəkənlər zamanla çaşqınlıq və özlərinə şübhə yaşadıqları üçün manipulyatorlara daha çox ehtiyac hiss edirlər. Gaslightingin əsas məqsədlərindən biri digər şəxsi öz nəzarəti altında saxlamaqdır. Öz psixi sağlamlıqlarını, duyğularını və zəkalarını şübhə altına almağa başlayan bu insanlar özlərini çox mənfi, günahkar, qeyri-kafi və ya qüsurlu hiss edə bilərlər.


Gaslighting üsulları hansılardır ?
Psixoloji manipulyasiyalar fərqli forma və vəziyyətlərdə meydana çıxa bilər. Gaslighting iş yoldaşları, ailə və ya sevgi münasibətləri zamanı baş verə bilər. Bu vəziyyətlərin öhdəsindən gəlmək üçün ilk növbədə vəziyyəti “tanımaq” vacibdir. Psixoloji manipulyasiyanın bəzi nümunələri bunlardır:

       • Yalanla manipulyasiya etmək

  • Dedikləri sözləri inkar etmək
  • Danışıq mövzusunu təhrif etmək və onu istədiyi istiqamətə aparmaq
  • Yanlış istiqamətləndirmə
  • Hissləri və düşüncələri aşağılamaq və ya əhəmiyyətsizləşdirmək
  • Psixoloji sağlamlığının yerində olmadığını qurbana və ya onun ətrafındakılara məlumat vermək
  • Çaşdırmaqla manipulyasiya etmək
  • Təhqir etmə
  •  Qurbanı günahlandırmaq


Gaslightingin qarşısını almaq üçün ilk öncə yuxarıda göstərilən manipulyasiya nümunələrini bilmək və fərqində olmaq böyük əhəmiyyət daşıyır. Hisslərə və zəkaya güvənmək bu prosesdə əsas addımlardan biri olacaqdır. Psixoloji manipulyasiyalardan sonra psixoloji zərərin olduğu düşünülürsə, mütəxəssisə müraciət olunaraq terapiya prosesinə başlana bilər.



 

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!