Ertələmə (təxirə salma) davranışı

Müəllif ( Firuzə Qənizadə ) - 29 Sep 2022 740 0 şərhlər
Ertələmə (təxirə salma) davranışı

Ertələmə (təxirə salma) davranışı.

Əgər
- gününüzü daha az əhəmiyyətli işlərlə doldurursunuzsa,
- Vacib olduğunu düşünsəniz də, onu uzun müddət görüləcək işlər siyahısından çıxarırsınızsa,
- Vaxtınızı artıq siyahınızda olan vacib işlərlə məşğul olmaq əvəzinə, başqalarının sizdən tələb etdiyi əhəmiyyətsiz işlərlə doldurursunuzsa,
- "Doğru əhval-ruhiyyədə" olmağı və ya işin öhdəsindən gəlmək üçün "doğru zamanı" gözləyirsinizsə

Bunlar ertələmə davranişindan xəbər verir.

 Təxirə salma davranışı tənbəllik deyil Tənbəl insanlar, sadəcə olaraq heç nə etmirlər və bununla kifayətlənirlər. Digər tərəfdən təxirə salma davranışında əslində bir şey etmək arzusu var, lakin insan özünü başlamağa məcbur edə bilmir.

 Niyə təxirə saldığınızı başa düşərək ertələmə davranışını aradan qaldırmaq olar.

Əsas səbəblər:

- Mükəmməlliyətçilik: İnsanın əhəmiyyətli işləri düzgün və tam şəkildə etmək istəyindən qaynaqlanan ertələmə davranışının ən əhəmiyyətli səbəblərindən biridir.
- Uşaqlıqda avtoritar valideynlər tərəfindən böyüdülmək:
Burada valideynlərin avtoritar münasibətinin əsasında duran gözlənti mükəmməllikçilikdir. Bu isə yetkinlikdə hər hansı işə başlamazdan əvvəl valideynin tənqidi düşüncəsinin mənimsənməsi nəticəsində təxirə salma davranışına çevrilir.
- Motivasiyanın olmaması: İnsanda kifayət qədər daxili və xarici motivasiya resursları yoxdur.
- Vaxtı yaxşı idarə edə bilməmək: Vaxtın idarə edilməsində qeyri-adekvatlıq da insanları ertələmǝyǝ sövq edən əsas səbəblərdən biridir.
- Uğursuzluq qorxusu və narahatlıq: Buradakı inanc "onsuz da bacarmıram" düşüncəsidir və işləri təxirə salmağa səbəb olur.


 Təxirə salma davranışı DƏHP, OKP, təşviş və depressiyanın bir əlaməti kimi də özünü göstərir və ciddi stress və narahatlığa səbəb olur. Bu zaman psixoloji dəstək almaq daha məqsədə uyğun olar.

 

Psixoloq Firuzə Qənizadə

Şərh yaz

Xəbərdarlıq: Şərh adı 3 və 25 simvol arasında olmalıdır!
Xəbərdarlıq: E-poçt ünvanı etibarsızdır!
Xəbərdarlıq: Şərh mətni 25 ilə 1000 simvol arasında olmalıdır!