+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Bağlanma Tipləri

By Sevil Bağırova - 14 Jun 2023 996 0 comments
Bağlanma Tipləri

Bağlanma Tipləri

 Bağlanma- ana və uşaq münasibətində, uşağın ehtiyacları ilə və ananın bu ehtiyaclara verdiyi qarşılıq ilə ortaya çıxar. Aparılan araşdırmalarda bağlanmanın sadəcə fiziki ehtiyacların qarşılanması ilə deyil, həmçinin onların qarşılaşmasının keyfiyyəti ilə də bağlı olduğunu ortaya çıxarmaqdadır.

 Anamıza istədiyimiz zaman gedə biləcəyimizi, ehtiyaclarımızın qarşılanacağını, duygularımızın başa düşüləcəyini və bizə yaxşı reaksiya veriləcəyini bildiyimizdə, o münasibətdə özümüzü güvəndə hiss edərik. Anaya güvənli bağlanma- uşaqların özlərinə qarşı olan güvənlərinə də təsir etməkdədir. "Onlara baxan insanlar tərəfindən dəyərli hiss etdirilmələri, sevilməkləri və özəl qəbul edilmələri sayəsində güvəndə olduqlarını görən şəxslər, özlərini güclü, yetkin, dəyərli, sevilə bilər və özəl olaraq dərk etməyi öyrənərlər."

Bəs güvənsiz bağlanma tipləri hansılardır?

Özü özünü təmin edən tip- ana uşağına qarşı üz üzə və sevgi dolu yaxınlıqdan qaçarsa, qucaqlamaq, toxunma və fiziki təmasa qarşı rədd edici şəkildə davranarsa, uşaqlarını qucağında tutarkən zövq aldığını göstərməzsə, uşaq zamanla qucaqlanmağa dair istəyindən əl çəkər. Bu uşaqlar valideynlərinin onların ehtiyacları ilə maraqlanmaq istəmədiyini dərk edər və buna görə də zamanla duyğularını gizlətməyi öyrənər.

İlişib qalan tip- bu bağlanma tipində ana bəzən uşağının ehtiyaclarına qarşı istəkli davranar, bəzən isə orada olmaz. Bəzən sevgisini göstərər, bəzən isə açıqlanacaq bir səbəb olmadan rədd edici davranar. Beləliklə də, uşaq qarşı tərəfdən hansı reaksiyanın gələcəyinə dair fikirə sahib ola bilməz.

Baxıcı tipi- bu bağlanma uşaqlarına baxmağı bacarmamış, amma uşaqlarının ona baxmasını xoş qarşılayan analar ilə əlaqələndirilir. Bu uşaqlar öz ehtiyaclarını rədd edər və anasının ehtiyaclarını qarşılamağa çalışar.

 Düzənsiz tipi- ana bəzən uşağın ehtiyaclarını qarşılayar, bəzən isə uşağına qarşı şiddət göstərər. Ana həm güvən, həm də qorxu qaynağıdır. Bu tipdə uşaq demək olarki, bir və ya bir neçə bağlanma tipini birlikdə göstərə bilər. Bu bağlanma daha çox zorakılığa məruz qalmış uşaqlarda görülə bilir.

 

Psixoloq Sevil Bağırova

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!