Ayrılıq qoruxusu

Müəllif ( Humel ) - 3 Oct 2022 804 0 şərhlər
Ayrılıq qoruxusu

Ayrılıq təşvişi pozuntusu.

 Ayrılıq təşvişi pozuntusu bağlılığın mövcud olduğu konkret fiqurlarla ayrılıq zamanı yaranan həddən artıq qorxu və təşvişlə xarakterizə olunur. Uşaqlarda ayrılıq təşvişi adətən himayədar, valideyn və ya digər ailə üzvü ilə bağlı; böyüklərdə adətən romantik tərəfdaş və ya uşaqla bağlı yaranır. Ayrılıq təşvişi bağlılığın olduğu fiqura zərər və ya pis hadisə fikirləri, məktəbə və ya işə getmək istəyinin olmaması, ayrılıqla bağlı mütəmadi distress, bağlılığın olduğu fiqur olmadan yatmaqdan imtina, mütəmadi olaraq ayrılıqla əlaqəli gecə kabusları şəklində təzahür edir.

Simptomlar ən azı bir neçə ay ərzində davam edir və şəxsi, ailə, sosial, təhsil, peşə və digər vacib fəaliyyət sahələrində nəzərəçarpacaq dərəcədə çətinlik və ya pozuntulara səbəb olacaq qədər ciddi olurlar. Bu diaqnozun qoyulması ayrılıq qorxusu həyəcan fokusu yaratdıqda və bu həyəcan həyatın ilk ilində yarandıqda tövsiyə edilir.

Ayrılıqla əlaqədar yaranmış normal narahatlıqdan bu pozğunluq, ictimai fəaliyyət üçün ciddi problemlər törətməsi, bu yaş dövrü üçün qeyri-normal olaraq uzun müddət davam etdiyinə görə daha ağır formada təzahür etməsi ilə fərqlənir.

DSM 5 ə görə Əsas simptomlar : Aşağıdakılardan ən az 3 ünün olması ilə birlikdə , şəxsin bağlılığı olan insanlardan ayrılması ilə bağlı olan, inkişafına uyğun olmayan aşırı narahatlıq, həyəcan və qorxu duyması evdən ya da bağlandığı başlıca insanlardan ayrılarkən həddindən artıq narahatlıq bağlandığı başlıca insanların itirəcəyi və ya bu şəxslərin başına gələcək xəstəlik, yaralanma, və ya ölüm kimi pis bir şeylə bağlı davamlı, həddindən artıq narahatçılıq. Bağlandığı başlıca şəxslərin birindən ayrılmaqla nəticələnəcək arzuolunmaz hadisə (məsələn, itmək, qaçırılmaq, qəzaya düşmək, xəstələnmək) ilə bağlı davamlı, həddindən artıq narahat olmaq.

Ayrılıq qorxusundan ötrü məktəbə, işə və ya başqa yerə getmək üçün çölə çıxmağı, evdən uzaqlaşmağı istəməmək və ya buna qarşı qoymaq. Evdə yada başqa ortamlarda tək qalmaqdan yada bağlılığı olan başlıca insanlarla birlikdə olmamaqdan aşırı qorxu duyma və ya bu mövzuda istəksizlik göstərmə B. Bu təşviş davamlı olur və uşaqlarda və yeniyetmələrdə ən az 4 həftə, yetkinlərdə 6 ay yada daha uzun müddət davam edir. C. bu pozuntu klinik baxımdan bəlirgin sıxıntıya yada məktəblə, işlə, ailə ilə baölı digər funksional alanlarda fəaliyyətın düşməsinə, azalmasına səbəb olur. Ayrılıq təşvişi pozuntusu fərdlərin kiməsə(ana, ata, sevgili, dost kimi)anormal bağlılığı və o insandan ayrılma düşüncəsi ilə güclü qorxu , narahatlıq, həyəcan hissi keçirməsidir. Bu pozuntu həm uşaqlarda həm yetkinlərdə görülən bir problemdir.

Bəzi insanlarda uşaqlıqdan başlayan bu pozuntu yetkinlik yaşına qədər davam edir, bəzən isə yetkin fərdin təcrübələri nəticəsində daha sonra ortaya çıxır. Yetkin dövrdə ortaya çıxan ayrılıq təşvişi pozuntusu adətən yaşanan mənfi bir hadisənin nəticəsi olaraq görülür. Ayrılıq təşvişi pozuntusuna travmatik hadisələr, ətraf mühit faktorları və valideyn münasibəti səbəb ola bilər.

Travmatik hadisələr uşaqlıqda və yetkinlikdə ayrılıq təşvişinin ən əhəmiyyətli səbəblərindən biridir. Ölüm, ayrılıq, təcavüz, bədbəxt hadisələr, məişət zorakılığı kimi travmatik hadisələr fərdlərin psixologiyasına mənfi təsir edərək, onları ətrafdakı insanlardan daha çox asılı vəziyyətə salır. Məsələn, anasını itirən uşaq atasına bağlanır və itirmək qorxusu çox olur, ya da sevgilisi tərəfindən tərk edilmiş bir insan növbəti münasibətində ayrılmaq qorxusundan sevgilisinə daha çox bağlanır. Ayrılıq təşvişi ortaya çıxmasının səbəblərindən biri də valideynlərin tutumlarıdır. Ayrılıq təşvişi pozuntusu övladlarını həddindən artıq qoruyucu və onlara bağlı böyüdən valideynlərin övladlarında müşahidə edilir.

Ayrılıq təşvişi pozuntusunun başqa bir səbəbi, fərdlərin xüsusilə uşaqlıqda ətraflarında gördükləri kinli və alçaldıcı davranışlardır. Məktəbdə zorakılığa məruz qalan, baxışlarına və ya hərəkətlərinə görə qohumları və ya dostları tərəfindən ələ salınan, alçaldılan insanlar valideynlərinə xüsusilə bağlıdır və onlardan ayrılmaq fikrindən çox qorxurlar. Başqa bir psixoloji problemin olması fərdlərin qohumlarına bağlanmasına və ayrılıq təşvişi yaşamasına səbəb olur. Məsələn, depressiyaya düşən fərd daima ona dəstək olan dostundan ayrılmaqdan qorxur və bu onun stresə girməsinə səbəb olur.

Ayrılıq təşvişi pozuntusu müxtəlif yollarla müalicə edilə bilər. Uşaqlarda ayrılıq narahatlığı görülürsə, ilk növbədə bu mövzuda valideynlər məlumatlandırılmalıdır. Əgər ayrılıq təşvişi valideynlərin davranışından qaynaqlanırsa, bu davranışları düzəltmək üçün valideynlərə məsləhətlər verilə bilər. Mütəxəssislərin valideynlərə verdiyi tövsiyələr ondan ibarətdir ki, uşaqlar asılı tərbiyə edilməməli, onlara bir fərd kimi yanaşılmalı və yaşlarının tələb etdiyi fəaliyyətləri təkbaşına etmələri daha yaxşıdır. Ayrılıq təşvişi pozuntusu psixoterapiya üsulları ilə müalicə edilə bilər. Koqnitiv davranış terapiyası, EMDR terapiya, ailə , oyun terapiyası ayrılıq təşvişi pozuntularının müalicəsində istifadə edilən psixoterapiyalardan bəziləridir.

Şərh yaz

Xəbərdarlıq: Şərh adı 3 və 25 simvol arasında olmalıdır!
Xəbərdarlıq: E-poçt ünvanı etibarsızdır!
Xəbərdarlıq: Şərh mətni 25 ilə 1000 simvol arasında olmalıdır!