Aqorafobiya nədir?

Müəllif ( Humel ) - 10 Nov 2022 1033 0 şərhlər
Aqorafobiya nədir?

Aqorafobiya yayınmanın çətin olduğu və ya köməyin mümkün olmadığı, məsələn ictimai nəqliyyatda, kütlə arasında, evdən kənarda (mağazalarda, teatrda, növbələrdə) çoxsaylı situasiyalara cavab olaraq yaranan ifadə olunmuş və həddən artıq qorxu və narahatlıqla xarakterizə olunur. Evdən çıxmaqdan, mağazaya daxil olmaqdan qorxmanı, kütlədən və ictimai yerlərdən qorxmanı, tək qatarla, avtobusla, təyyarə ilə səyahət etməkdən qorxmanı özündə birləşdirən kifayət qədər yaxşı təsvir olunmuş fobiyalar qrupudur. Şəxs konkret neqativ nəticələrdən (məsələn, panik atak, onları yararsız və ya utandırıcı vəziyyətə salan əlamətlər) qorxduğu üçün daim narahatdır. Situasiyalardan aktiv şəkildə yayınırlar, yalnız etibarlı yoldaşın müşayiəti zamanı situasiyanı qəbul edirlər və ya güclü qorxu və ya narahatlıq hissi keçirirlər. Simptomlar ən azı bir neçə ay ərzində davam edir və şəxsi, ailə, sosial, təhsil, peşə və digər vacib fəaliyyət sahələrində nəzərəçarpacaq dərəcədə çətinlik və ya pozuntulara səbəb olacaq qədər ciddi olurlar.

DSM 5- ə görə əsas simptomlar:

Aşağıdakı 5 vəziyyətdən 2-si(və ya daha çoxu) ilə bağlı olaraq özünü göstərən qorxu və ya narahatlıq, təşviş

•İctimai nəqliyyatdan istifadə (avtobus, qatar, gəmi, təyyarə)

• Açıq mühitlərdə olmaq (avtomobil dayanacağı, alışveriş mərkəzləri, körpülər)

• Qapalı yerlərdə olmaq (mağaza, teatr, kinoteatr)

• Sırada gözləmək yada izdiham icərisində olmaq

• Təkbaşına evdən kənarda olmaq

• Şəxs qaçmanın çətin olabiləcəyi ya da panik bənzəri ya da utancverici digər bəlirtilərin olduğu vəziyyətdə yardım ala bilməyəcəyini düşündüyü üçün bu cür vəziyyətlərdə qorxur ya da qaçır.

• Aqorafobiyanın mənbəyi olan vəziyyətlər demək olar ki hər zaman qorxu , təşviş, narahatlıq doğurur

• Qorxu, təşviş, qaçınma davamlı olan bir vəziyyətdir və 6 ay yada daha uzun davam edir.

• Qorxu, təşviş, qaçınma klinik baxımdan müəyyən bir sıxıntıya yada sosial, işlə bağlı mühitlərdə yada önəmli digər funksional mühitlərdə funksionallığın azalmasına səbəb olur.

• Sağlamlıqla bağlı başqa bir vəziyyət varsa qorxu, təşviş, qaçmaq açıqca həddindən artıqdır.

Aqorafobiyanın başlıca özəlliyi həqiqətən qarşılaşma yada qarşılaşacaq olma gözləntisiylə aydın və həddindən artıq qorxu və təşviş duyğusunun tətiklənməsidir.

Aqorafobiyaya nəyin səbəb ola biləcəyi ilə bağlı bir sıra nəzəriyyələr var. Aqorafobiyanın dəqiq səbəbi bilinməsə də, bioloji, psixoloji və ətraf mühit faktorlarının qarşılıqlı təsiri nəticəsində yarandığı güman edilir. Məsələn, həddindən artıq introversiya agorafobiya diaqnozu qoyulma ehtimalının artması ilə əlaqələndirilir. Qaçınan, asılı şəxsiyyət xüsusiyyətləri olan insanlar da agorafobiya formalaşma ehtimalı yüksəkdir. Aqorafobiya, bəzi psixi pozğunluqlar kimi, bir sıra psixoloji və ekoloji risk faktorları ilə əlaqəli olsa da, bəzi fərdlərdə genetik komponentə görə baş verə bilər. Aqorafobiya ən çox panik pozuntu ilə müşahidə olunur. Əslində, bir çox simptomlar bir-biri ilə üst-üstə düşür. Ancaq panik pozuntu ataklarla özünü göstərir. Bu atakların vaxtı və yeri qətiyyən aydın olmaya bilər, lakin agorafobiyada xüsusi bir sahə olmalıdır simptomların ortaya çıxması üçün. Bu sahələr spesifik olacağı üçün evdən kənar bütün ərazilərə də yayıla bilər. Mənfi düşüncə məzmunu da sinir sistemini stimullaşdırır və bu stimullaşdırma orqanizmin həyəcan rejiminə keçməsinə səbəb olur.

Aqorafobiya bu hallarda baş verir: Sinir sistemi ilə əlaqəli bioloji səbəblər varsa; Şəxs təcavüz, zorlama, təbii fəlakət, gözlənilmədən yaxınını itirmə kimi hər hansı travmaya məruz qalmışsa; Ailədə tip pozuntusu olan və həmin şəxslə uzun müddət birlikdə olmuş və ona model olan biri varsa və.s Aqorafobiya qeyd etdiyimiz kimi şəxs metro, təyyarə və lift kimi nəzarətdən kənar ərazilər olduqda ortaya çıxır.

Aqorafobiyanın müalicəsində ən çox istifadə edilən koqnitiv davranış terapiyasıdır. CBT ilə insan bu narahatçılıqla beynində nələr olduğunu görə biləcək, mümkün nəticələri hesablaya biləcək və yavaş-yavaş bu narahatlığın üzərindən keçə biləcək. Bunlara əlavə olaraq insan hansı vəziyyətlərin bu təşvişi tətiklədiyini, gəldiyində onu necə aşacağını və sosial mühitdə bu təşvişi, qorxunu necə idarə edəcəyini öyrənəcək. Digər bir müalicə EMDR terapiyasıdır. Emdr ilə insanın mənfi düşüncə məzmunu idarə olunur və insan sistemli olaraq bu düşüncəyə qarşı duyarsızlaşır.

Psixoloq Ülkər Bağırzadə

Şərh yaz

Xəbərdarlıq: Şərh adı 3 və 25 simvol arasında olmalıdır!
Xəbərdarlıq: E-poçt ünvanı etibarsızdır!
Xəbərdarlıq: Şərh mətni 25 ilə 1000 simvol arasında olmalıdır!