
Aidiyyət Duyğusu
Güvənsiz bir mühitdə böyüyənlərin ən böyük problemi aidiyyət ehtiyaclarının qarşılanmamasıdır. Ailə ilə təmin olunmayan aidiyyət ehtiyacları kənardan qarşılanmağa çalışılır. Bu isə, çox vaxt uşağın ailədən ayrılmasını sürətləndirir.
Bir yerlərə aid olmaq hissi uşaqlarda 4 yaşdan sonra formalaşmağa başlasa da 0-3 yaş dönəmi ana ilə uşaq arasında olan bağlanma dönəmi aidiyyət hissinə zəmin hazırlayır. Ana ilə uşaq arasındakı bağ güvən əsasında qurulubsa, aidiyyət hissi asan şəkildə formalaşacaqdır.
Uşaqlarda aidiyyət duyğusunun formalaşmadığı necə görünür?
Girdikləri sosial ortamlarda( restoran, ticarət mərkəzləri) davamlı olaraq valideynlərinin yanında deyil, kənarlarda gəzən, masasında deyil, başqa insanların masasında əyləşmək istəyən, valideynlərinin onun yanında olub, olmaması çox da əhəmiyyət kəsb etməyən uşaqlarda bağlanma və aidiyyət duyğusunda boşluqlar ola bilər.
Tags: Psixoloq Sevil Bağırova Ailə psixoloqu humel psixologiya merkezi psixologiya merkezi cütlük psixoloqu cütlük terapiyası psixoloji merkez psixologiya merkezi psixologiya mərkəzi humel psixologiya mərkəzi
Write a comment