YENİYETMƏLƏRDƏ ÖZGÜVƏN NECƏ FORMALAŞDIRILIR?
Yeniyetməlik yaş dövrü -insan inkişafının ən vacib dövrlərindən biridir. Bu yaş dövrü həm fizioloji, həm bioloji, həm də psixoloji inkişafın formalaşdığı dövrüdür. Əsəsən valideynlər yeniyetmələrlə bu yaş dövründə ünsiyyət qurmaqda çətinliklər yaşayır, öz arzu və istəklərinin valideyinlərin arzu və istəklərilə uyğunlaşmaması ciddi problemlərə gətirib çıxardır.
Bu yaş dövründə artıq yeniliklərlə tanış olunur və yeni sahələr kəşf edildikcə özgüvən problemi ortaya çıxır. Valideynləri çox tələbkar və mükəmməliyyətçi olan uşaqlarda özgüvən problemi daha çox özünü göstərir.
Belə ki,valideynlərin tələbi övladının səhvsiz və tam mükəmməl şəkildə verilən tapşırıqların (hansı sahədə olursa olsun) yerinə yetirməli olduğunu düşünməsidir.
Bu tələblərin həyata keçmədiyi zaman valideynlərin həddindən artıq tənqidedici olması ,gözləntiləri doğrulda bilmədiyi üçün tez -tez bu tənqidlərə məruz qalması ciddi şəkildə özgüvən probleminə gətirib çıxardır. Bəzən valideynlər yaşlarına uyğun məsuliyyətləri yeri yetirməsinə icazə vermir.
Özləri bu məsulliyyəti yerinə yetirir. Bu isə yeniyetmənin problem həll edə bilməməsinə yol açır və bununlada onun özgüvəni aşağı düşmüş olur. Necə edə bilərik ki, özgüvənə doğru təsir edə bilərik?
- Müqayisə etməyin-bu sizinlə övladınız arasında münasibətinizin korlanmasına səbəb olur.Nələrisə izah edəndə onun həyatında bu davranışı nəyə gətirib çıxarda bilər bunu izah edin
- Təqdir edin -nələrisə bacaranda "əhsən","bu davranışı çox bəyəndim" kimi sözlərdən istifadə edin
- Yaşına uyğun məsulliyyət verin-məsulliyyətləri yerinə gətirdiyi zaman bacarıqlarının fərqində olacaq və problem həll etmək qabiliyyətini inkişaf etdirmiş olacaqsınız
- Fikirlərinə qulaq asın və ona nə qədər hörmət etdiyinizi,sizin üçün nə qədər vacib olduğunu ona hiss etdirin. Mütləq gözünün içinə baxın
- Ona inandığınızı bildirin
Qeyd olunanları daimi şəkildə etsəniz ,nəticə alacaqsınız. Davranışın dəyişilməsi üçün konkretlik önəmlidir. 3 dəfə edib yenidən əvvəlki davranışlarınıza qayıtsanız, nəticə almayacaqsınız.
Aytəkin Məmmədova
Tags: yeniyetmə psixologiyası özgüvən psixoloq aytəkin məmmədova humel psixologiya mərkəzi psixologiya mərkəzi psixoloji məqalə yeniyetmələrdə özgüvən humel psixologiya merkezi psixologiya merkezi
Write a comment