+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Uşaqlarda aqressiya yaradan səbəblər

By Humel - 19 May 2022 1303 0 comments
Uşaqlarda aqressiya yaradan səbəblər

Uşaqlar özlərinə qarşı yetəri qədər diqqət görmədikdə, gözlədiyi sevgiyə nail ola bilmədikdə aqresiv davranışlar sərgiləyərək diqqətləri öz üstlərinə çəkməyə çalışırlar , çünki diqqət çəkməyin başqa yolunu bilmirlər . Buna görədə valideynlər uşaqların hisləri və yaşadıqları barədə onlarla danışmalı, onları dinləməyi bacarmalıdır.

Ailə üzvlərinin bir birinə və uşaqlara olan münasibəti birbaşa uşaqlarin davranışına təsir göstərir . Əgər valideynlər uşaqlara normal davranıb bir birilərinə qarşı aqresiv davranışlar göstərsələr belə bu da uşaqlarda aqresiyaya yol aça bilər , çünki uşağın ilk rol modeli ailə üzvləridir, valideynlərinin necə davrandığını görürsə oda elə davranmağa başlayır. Bu səbəblə valideyn öz mənfi emosiyalarını idarə etməyi bacarmalıdır, valideynin nümunəvi davranışı uşağında adekvat davranmağına səbəb olur.

    Uşaqlarda aqressiya yaradan səbəblərə daxildir:

  • Uşaqların hiss və arzularına qarşı laqeyd yanaşmaq, lazımi diqqəti, marağı göstərməmək

  • Ailədə valideyinlərin tez-tez münaqişələr yaşaması, öz mənfi emosiyalarını boşaltmaq üçün uşaqlara cəza verməsi

  • Davamlı olaraq əmr vermək, günahlandırmaq, təhdid etmək

  • Uşağın hər istədiyini etmək, ailədə qayda-qanunların, sərhədlərin olmaması

  • Uşaqların şiddəti, aqressiyanı, zorakılığı əks etdirn cizgi filmləri izləməsi, oyunlar oynaması

Cizgi filmlərin uşaqlara müsbət təsiri olduğu kimi bəzi mənfi təsirləridə vardır.Zorakılığı təsvir edən , aqresiya və kobudluğu normal kimi qələmə verən cizgi filmlər mövcuddur . Cizgi filmlərdə zorakılığın nəticələri göstərilmir buna görə uşaqlar heç kimə zərər verməyəcəyini düşünərək, izlədiyi səhnələrdəki aqresiv ,zoraki davranişları sərgiləyə bilərlər. Buna görədə valideyn uşağın nə izlədiyinə , oynadığına nəzarət etməli , uşağın yaşına uyğun , öyrədici cizgi filmlər seçməlidir

Digər bir məsələ hər istədiyini istədiyi anda əldə etməyə alışdırılmış uşaqlardır. Ailədə uşağın hər istədiyi edildikdə , yox , olmaz deyilmədikdə , sərhədlər qoyulmadıqda bu zaman uşaqlar istədiyi birşeyi nə zamansa əldə edə bilmədikdə aqresiv davranışlara əl ataraq ona nail olmağa çalışırlar. Bu səbəbdən ailədə müəyyən qayda qanunlar , sərhədlər olmalıdır ,bunlar düzgün şəkildə uşaqlara izah edilməlidir və ən önəmlisi valideynlər bunlarla bağlı tutarlı davranış sərgiləməlidir.

 

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!