+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Panik atakın əlamətləri

By Firuzə Qənizadə - 16 May 2022 1516 0 comments
Panik atakın əlamətləri

Panik atak heçbir orqanik səbəb olmadan ciddi fiziki reaksiyalarla gedən bir qorxu vəziyyətidir.

Panik atak gözlənilmədən gələn və bir neçə dəqiqədə pik həddə çatan müəyyən vaxt çərçivəsində olur. Sonra isə eyni surətlə şəxşi çaşqın, aciz və yenidən eyni hisslərin təkrarlanacaq ehtimalından qorxmuş halda qoyaraq yox olur.


Panik atak zamanı gələn düşüncələr:


Ölürəm
Nəfəs ala bilmirəm, boğulacağam
Huşumu itirəcəyəm
Dəli oluram


Panik atak zamanı fiziki simptomlar:


Surətli ürək döyüntüsü
Sinədə ağrı
Nəfəs darlığı
Başgicəllənmə
Barmaqların ucunda qıcıqlanma, uyuşma
Boğulma hissi
Soyuq tər
Titrəmə
Gərginlik
Derealizasiya, depersonalizasiya
Ürəkbulanma

Panik atak, adətən, hərhansı xüsusi bir səbəb olmadan gözlənilmədən başlayır və simptomların şiddəti 10 dəq ərzində zirvəyə çatır, sonra tədricən azalır. Aşağıdakı əlamətlərdən 4 və ya daha çoxu mövcud olur:


•1. Sürətli ürək döyüntüsü
•2. Tərləmə
•3. Titrəmə
•4. nəfəs darlığı
•5. boğulma hissi
•6. sinədə ağrı
•7. ürəkbulanma
•8. Başgicəllənmə, ürəkgetmə
•9. Derealizasiya-depersonalizasiya
•10. Özünənəzarəti itirmək, ağlını itirmək qorxusu
•11. Ölüm qorxusu
•12. Paresteziyalar
•13. Üşütmə, üzdə qızartı

 Panik atak zərərsiz fiziki simptomların yalnış dəyərləndirilməyindən qaynaqlanır. Bir çoxumuzda bəzən başgicəllənmə, sinədə ağrı, barmaqlarda uyuşma kimi hallar olur, ancaq onlara diqqət yetirmirik və qısa zamanda yox olurlar. Panik ataka meyilli insanlarda bu hisslər vəsvəsə halına gəlir və özlərinə dəhşətli bir hadisənin reallaşacağını deyirlər. Məsələn, başgicəllənmə zaman iflic, sinədə ağrı zamanı infarkt olacağından qorxmaq. Reallıqda isə şəxs nə iflic, nə də infarkt keçirir. Sadəcə bu düşüncələr panik ataka səbəb olar. Çünki panik atak zehnin insana oynadığı oyundur.

 

Psixoloq Firuzə Qənizadə

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!