+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Maskalı depressiya

By Humel - 8 Sep 2022 1399 0 comments
Maskalı depressiya

Maskalı depressiya

Depressiya insanda ruh düşkünlüyü, yüksək halsızlıq, mənfi düşünəncələr, insanlarla kontaktdan qaçmaq, gün ərzində yataqdan çıxmamaq və s. hallarla müşahidə olunan psixi pozuntudur.

Maskalı depressiya isə bu əlamətlərin yalnız yaşayan şəxsin anlayacağı, kənardan insanlar tərəfindən müşahidə edilməyən şəkildə var olan depressiya formasıdır.

Maskalı depresiyadan, digər bir adı ilə gizli depressiyadan əziyyət çəkən şəxslər insanlar tərəfindən həyatı dolu-dolu yaşayan, heçnəyi vecinə almayan, hər daim şən əhval-ruhiyyədə olan biri kimi tanınır.

Maskalı depressiya nə zaman ortaya çıxır?

  • Şəxsin yaşamındakı böyük dəyişikliklər zamanı
  • Şəxsiyyətlərarası münasibətlərində problem olduğu zaman 
  •  Ayrılıq, işin itirilməsi və bu kimi hadisələr zamanı 

Gizli depressiyada olan insanların bir sıra ortaq xüsusiyyətləri vardır:

  • Onlar hər zaman güclü görünməyə çalışırlar
  •  Başlarına mənfi hadisələr gəlsə belə "mən hər zaman dik durmalıyam" düşüncələri olur

Həmin şəxslər elə zənn edirlər ki, "mən nə qədər güclü və müsbət olsam, depressiyaya düşməkdən bir o qədər uzaq olacam

" Bu şəxlsər öz gülüşləri ilə bir növ müdafiə mexanizmi formalaşdırır ki, bu da əslində özünü aldatmaqdan başqa bir şey deyil.

Gizli depressiyadan əziyyətə çəkənlər kənardan nə qədər güclü görünsələr də, addım-addım çökürlər. Onlar yavaş-yavaş enerjilərini itirməyə başlayırlar.

Bu şəxslər cəmiyyət içərisində sanki  "xoşbəxtlik maskası" taxırlar, lakin özləri ilə tək qalanda bu maskanı çıxardıb günahkarlıq, ümidsizlik, dəyərsizlik və s. kimi duyğularla baş-başa qalıb saatlarla göz yaşı tökə bilirlər. Yenidən insanlarla bir araya gəldikdə "xoşbəxtlik maskasını" taxaraq hər şey qaydasında imiş kimi davranmağa davam edirlər.

İlk başlarda bu çətin gəlməsə də, bir müddət sonra saxta xoşbəxtlik, saxta gülüşlər üçün normalda lazım olan enerjidən daha çoxunu sərf edir, öhtəsinə götürdüyü bu rolu davam etdirməkdə çətinlik çəkməyə başlayır. Əvvəllər dostları ilə vaxt keçirməkdən, söhbətləşməkdən zövq alırdısa, artıq bundan zövq ala bilmir, insanlar içində özünü tək hiss edir, dostları ilə birlikdə vaxt keçirtmək onun üçün etməli olduğu agır vəzifə halına çevrilir. Bu çətinlik qarşısında şəxs insanlarla kontaktda olmağdan qaçır, dostlarına bir sıra bəhanələr uyduraraq onlardan uzaqlaşır, təkliyə meyl edir. O, artıq "xoşbəxtlik maskası" ilə gəzməkdənsə, tək qalıb mənfi duyğularla əziyyət çəkməyi üstün görür.

Maskalı depressiya zamanı həddinən artıq duyğusallaşma üzə çıxır. Normalda reaksiya verməyəcəyi situasiyalarda şəxsin gözləri dolmağa başlayır.

Gizli depressiyada olan şəxslər bəzən duyğusal boşluqlarını yemək ilə doldurmağa çalışır, nəticədə duyğusal piylənmə (duyğusal obezite) əmələ gələ bilir.

Həmçinin bu şəxslərdə yuxu problemləri başlayır. Dəyərsizlik, gələcəyə ümidsizlik və keçmişlə bağlı günahkarlıq mühakimələr yuxuya getməsində çətinlik törədir. Bəzən isə əksinə, bu tip düşüncələrdən və duyğulardan qaçmaq üçün çıxış yolunu yatmaqda görür.

Bədəndə xroniki ağrılar, baş ağrıları, mədə ağrıları, dəri problemləri, saç tökülmələri və s. kimi problemlər olur.

Bəs nə üçün bu şəxslər halsız, bitkin hiss etdikləri halda bu vəziyyəti insanlardan gizlədib normal həyatlarına davam edirlər?

  • Bunun bir qüsur olduğunu və tək başına həll etməli olduğunu düşünür.
  • İnsanların onları tənbəllik ilə tənqid edəcəklərindən qorxurlar.
  • Zəif görünməkdən, xüsusilə də karyeralarına zərər gələcəyindən narahat olurlar.

Depressiyada olduğunuzu göstərən simptomlar varsa, mütəxəssislərə bu barədə məlumat verməkdən çəkinməyin. Unudulmaması lazım olan ən vacib şey yaşadığınız şeylər zaman və doğru dəstək ilə keçib gedə bilər. Nəzərinizə çatdırım ki, depressiya qəti sürətdə iradi zəiflik deyildir. Psixoloji yardım və terapiyalar ilə istənilən nəticəni əldə etmək mümkündür.

Psixoloq Zöhrə İslamzadə

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!