+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

İnsan Necə Yaxşı və ya Pis Olur?

By Təranə Üzdənova - 6 Feb 2025 541 0 comments
İnsan Necə Yaxşı və ya Pis Olur?

 

"Insanın içində həm yaxşı, həm də pis olma potensialı vardır. Hansının gerçəkləşəcəyi şərtlərlə deyil, qərarlarla bağlıdır." (Viktor Frankl)

 

İnsan yaxşı, ya da pis olmağı anadangəlmə meyillərdən çox, ətraf mühit, təhsili, yaşadığı təcrübələr və şüurlu seçimləri ilə müəyyən edir. Buna təsir göstərir: 

 

Bioloji və psixoloji amillər: empatiya qabiliyyəti, genetik faktorlar və beyin quruluşu alacağı qərarlara təsir göstərir;

 

Mühit faktorları: Ailə, dost çevrəsi və cəmiyyətdəki dəyərlər və qaydalar toplusu özü və digərləri haqqında fikir bildirməyə təsir göstərir;

 

Əxlaqi dəyərlər və inanclar: Din, fəlsəfi baxışlar və vicdan insanın mənəvi-əxlaqi seçimlərini istiqamətləndirə bilər;

 

Təcrübə və öyrənmə: İnsan zaman keçdikcə etdiyi seçimlərdən dərs alaraq daha yaxşı və ya daha pis ola bilər.

 

Nəticə olaraq, insanın yaxşı ya da pis olması əsasən öz seçimlərindən və necə bir həyat yaşamaq istədiyindən asılıdır. 

 

Pisliyi qaranlıq, yaxşılığı aydınlıq kimi dəyərləndirsək, qaranlığı seçib zülmətə qərq olmaqmı istərdiz, yoxsa aydınlığı seçib həm öz, həm də başqalarının həyatına işıq tutmağımı?!

                 

                 

                  Psixoloq Təranə Üzdənova

 

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!