+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

İsterik şəxsiyyət pozuntusu nədir?

By Humel - 26 Aug 2022 3443 0 comments
İsterik şəxsiyyət pozuntusu nədir?

 

İsterik şəxsiyyət pozuntusu nədir? Bu şəxsiyyət pozuntusuna sahib olan insanları necə taniya bilərik?


Ətrafınızda hisslərini dərin yaşayan, davranışlarında həddindən artıq nümayişkarlıq olan şəxslərə isterik şəxsiyyətə sahib olduğunu deyə bilərik. Bu tip insanlar diqqət mərkəzində olmağı sevirlər və diqqət mərkəzindən kənar olduqda narahatlıq hiss edirlər, hadisələri qeyri-adekvat qiymətləndirmənin nəticəsində hisslərini daha qabarıq yaşayırlar, insanlarla münasibətlərində çox yaxın olmaq, onların qərarlarına müdaxilə etməyi sevirlər. Hisslərində ani dəyişmələr ola bilər. Daima yenilik və həyacan axtarırlar.


Aparılan tədqiqatlara əsasən kişilər və qadınlar arasında yayılma sıxlığı demək olar ki eynidir. Əsasən bu tipə sahib olan insanlarda “xoşbəxt olmağım üçün insanların diqqəti üzərimdə olmalıdır, hər kəs mənimlə maraqlanmalıdır. Ətrafımdaki insanlar məni əyləncəli tanımalıdır, beləliklə mənim zəif tərəflərimi görə bilməzlər və.s” kmi düşüncələr özünü göstərir.


İsterik şəxsiyyət pozuntusunun dəqiq diaqnozunu qoymaq üçün aşağıdakı əlamətlərin ən az beşi olmalıdır:

  • Diqqət mərkəzində olmadığı vəziyyətlərdə narahat olur
  • Başqaları ilə olan münasibətlərdə nümayişkar davranışlar, cinsi mesajların verilməsi  
  • Birdən dəyişən hisslərin olması
  • Diqqət çəkmək üçün daima xarici görünüşündən istifadə etmək
  •  Tez təsir altına düşürlər
  •  Münasibətlərində olduğundan yaxın ünsiyyətin olmasının doğru olduğunu düşünürlər
  • Süni davranır, nümayişkarlıq edər və hisslərini olduğundan qabarıq yaşayarlar
  •  Tənqidə və dəyişilməyə açıq deyillər ,özünə haqq qazandırma yüksəkdir


İsterik şəxsiyyət pozuntusu olan bir şəxsin konsultasiyasında yaranan ən önəmli problem dəyişikliyə açıq olmamaqdır. Şəxs mütləq şəkildə özü terapiya almağı istəməlidir. Müxtəlif terapiyalardan istifadə olunur.

Aytəkin Məmmədova

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!