İsterik nevroz

Müəllif ( Rahidə Şahverdiyeva ) - 24 Jul 2023 1210 0 şərhlər
İsterik nevroz

İsterik nevroz və ya Konversiyon pozuntu

Konversiya pozğunluğu müxtəlif psixi problemlərin (kədər, qorxu, utanma, qəzəb) fiziki problemlərə (nitq, huşunu itirmə, iflic, zəiflik, hissiyyatın itirilməsi və s.) çevrilməsi deməkdir. Bu xəstələrdə aparılan bütün müayinə və müalicələrə baxmayaraq, bu simptomlara səbəb ola biləcək fiziki xəstəlik aşkar edilmir. Qadınlarda kişilərə nisbətən 2-3 dəfə çox rast gəlinir. Hər yaşda müşahidə oluna bilər, lakin uşaqlarda nadir hallarda müşahidə olunur, tez-tez yeniyetmə və gənclik dövründə baş verir. 10 yaşdan aşağı və 35 yaşdan yuxarı insanlarda nadir hallarda müşahidə olunur.

Huşunu itirmə həkim müayinəsinə səbəb olan ən çox görülən simptomdur. Ürəkgetmə epileptik tutmalar və qıcolma şəklində ola bilər. Bu cür simptomlar tez-tez başqa insanlarla birlikdə olduqda baş verir. Xəstə yavaş-yavaş yerə yıxılır.Yaralanma və huşunu itirmə halları nadir deyildir. Huşunu itirən şəxs, söhbətləri eşidə bilir, lakin cavab verə bilmir və huşunu itirmə adətən uzunmüddətli olur. Bəzi xəstələr bu ürəkgetmədən sonra yüksək səslə ağlayaraq özünə gəlir. Özünə gəldikdə, aqressiv davranış, saçını və üzünü dartmaq kimi coşqunluq əlamətləri görünə bilər. Əgər insan bu ürəkgetmədən sonra nə baş verdiyini və nə etdiyini xatırlamırsa, buna dissosiativ tutma da deyilir. Ürəkgetmə qədər yayğın olmasa da, konversiya pozğunluğunda görülə bilən digər simptom növləri arasında uyuşma, keyimə, hərəkətsizlik (qol və ya ayağı hərəkət etdirə bilməmə) və ya güc itkisi, danışa bilməmə, səsi çıxması, korluq daxildir, bədənin hər hansı bir yerində titrəmə və ya qeyri-iradi bədən hərəkətləri (qolların və ayaqların atılması) görünə bilər. Simptomlar ümumiyyətlə bədənin sol tərəfində olur.

Konversiya pozğunluğuna nə səbəb olur?

Konversiya pozğunluğu bəzi fərdlərin müxtəlif zehni çətinliklər, yəni insanın öhdəsindən gələ bilmədiyi problemlər, ətraf mühit hadisələri (ailə mübahisəsi, ailə problemləri, zorakılığa məruz qalma, hər hansı bir hadisədə özünü günahlandırma və ya başqaları tərəfindən günahlandırılma) qarşısında reaksiya verməsidir. Həddindən artıq qorxu, narahatlıq, peşmanlıq onun bu vəziyyətə reaksiyasının formasıdır. Dissosiativ huşunu itirmə və ya ürəkgetmə insana müvəqqəti olaraq mənfi sıx emosiyalardan uzaqlaşmağa imkan verən qorunma mexanizmidir. Bu cür söndürmələr yüksək gərginlik işə salındıqda, elektrik enerjisini kəsən və sistemi bağlayan elektrik cihazlarını yüksək gərginlikdən qorumaq funksiyasını yerinə yetirən qoruyucuya bənzəyir. İnsan şüurlu şəkildə güclü neqativ emosiyalara (qəzəb, kədər, utanc, qorxu və s.) məruz qaldıqda yaranır.

Konversion pozğunluq sakit, mehriban, insanları incitmək istəməyən və onlara yox deyə bilməyən insanlar arasında yaygındır. Buna əsaslanaraq, konversiya pozğunluğu olan və ətrafı ilə şifahi ünsiyyət qura bilməyən və problemlərini paylaşa bilməyən insanların problemlərini bədənlərinə əks etdirdikləri və müəyyən mənada problemlərini bədənləri ilə ifadə etdikləri düşünülür. Simptomlar hər hansı bir psixoloji narahatedici hadisə ilə bağlı ola bilər (yas, ölüm, mübahisə, iqtisadi çətinliklər, ailə problemləri)

Konversion pozuntunun əlamətləri iki psixoloji fayda verir: Birincisi, insan ona problem yaradan psixoloji narahatlıqdan xilas olur və dolayısı ilə xəstəliyi səbəbindən ətrafdakıların münasibəti daha dəstəkləyici və anlayışlı ola bilər. Bəzi hallarda ortaya çıxan əlamətlər insanın yaşantıları ilə bağlı ola bilər, məsələn görməməsi lazım olan bir hadisəyə şahid olan bir adamda korluq, eşitməməsi lazım olan şeyləri eşidən adamda danışa bilməmə kimi hallar yarana bilir. . Konversion pozğunluğu olan insanların simptomları bəzən ailədə və ya yaxın qohumlarda və qonşularda görülən simptomları təqlid edə bilər.

Konversion pozuntunu necə müalicə olunur?

Bu pozğunluğu olan insanlar təlqinə meylli olduqları üçün bəzi xalq həkimləri və ya qeyri-tibbi üsullarla dərhal sağaldığı deyilən xəstəliklərin əksəriyyətini konversiya pozğunluğu təşkil edir. Müalicəyə baxmayaraq, uzun illər davamlı mənfi həyat şərtləri və çətin hadisələri olan insanlarda simptomlar davam edə bilər.

Fiziki olaraq hərtərəfli müayinə olunan və heç bir fiziki xəstəlik aşkarlanmayan xəstələrdə psixiatrik müayinə ilə konversiya pozğunluğu diaqnozu qoyulduqdan sonra müalicəyə başlanır. Ailənin və yaxın çevrənin bu insanlarla yalnız konversion əlamətləri olduqda (yəni yalnız huşunu itirdikdə, dilini tutduqda və s.) qayğısına qalmaları problemin davam etməsinə gətirib çıxarır. Bu səbəbdən ailənin bu şəxsə ümumi olaraq uyğun və dəstəkləyici bir yanaşma göstərməsi və konversion əlamətləri olduğu halda konkret münasibət dəyişikliyi göstərməməsi faydalı olardı.

Müalicənin uğurlu olması üçün ailənin həkimlə müalicədə əməkdaşlığı böyük əhəmiyyət kəsb edir. Bəzi insanlarda əlavə psixi pozğunluq ola bilər, o zaman bu müalicə edilməlidir. Kədərli və ya qorxulu bir hadisədən sonra huşunu itirən insanlar və bu vəziyyət həkimlər tərəfindən psixoloji əsaslı huşunu itirmə ailə mühitində təsdiqləndikdə, xəstənin onu sakit bir otağa aparıb tək buraxması daha yaxşı olar.

Xroniki və çətin hallarda müalicədə iki məqam vurğulanır, birincisi, xəstədə çətinlik yaradan problemlərin həlli, ikincisi, problemlər qarşısında konversiya reaksiyası əvəzinə daha yetkin cavabların verilməsi. Bu, bəzən illərlə davam edəcək və şəxsiyyətin qismən dəyişməsini hədəfləyən psixoterapiyalarla mümkündür.

 

Psixoloq Rahidə Şahverdiyeva

Şərh yaz

Xəbərdarlıq: Şərh adı 3 və 25 simvol arasında olmalıdır!
Xəbərdarlıq: E-poçt ünvanı etibarsızdır!
Xəbərdarlıq: Şərh mətni 25 ilə 1000 simvol arasında olmalıdır!